2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Әli Kәrimli prokurorluğa çağırıldı

AXCP sədri Əli Kərimli aprelin 21, saat 10.30-a Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. O bu barədə özünün Facebook səhifəsində yazıb:

“Məni rəsmi çağırışla 5-ci gün, saat 10:30-da Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət ediblər. Çağırış barədə eşidəndə ilk ağlıma gələn o oldu ki, yəqin mənim öz müraciətimlə bağlı çağırırlar prokurorluğa. Axı mən Baş Prokurorluğa sorğu göndərmişdim. Sorğu ilə müraciət etmişdim ki, Panama sənədləri ölkəmizdən milyardlarla dollar vəsaitin çıxarılaraq, ofşor hesablara, o cümlədən hakim ailənin üzvlərinə məxsus hesablara yerləşdirildiyini göstәrir. Ölkədən yalnız 10 il ərzində (2003-2013) 48 milyard dollar pulun ofşor hesablara daşınması haqda beynəlxalq hesabat yayılanda da Baş Prokurorluğa sorğu ilə müraciət etmişdim ki, bu nəhəng korrupsiya işləri araşdırılsın. Dərhal düşündüm ki, bəs niyə bu qədər gec maraqlanmağa başlayıblar mənim sorğularımla. Axı mən bu müraciətləri bəlkə də bir il öncə göndərmişəm. Bu düşüncələrlə çağırış vərəqəsinə nəzər saldım və yenə də bu hakimiyyət məni təəccübləndirə bildi. Məlum oldu ki, mənim Baş Prokurorluğa göndərdiyim sorğuların araşdırılmasından söhbət getmir. Tam əksinə, prokurorluq bu dəfə də YAP rejiminin buyruqlarının yerinə yetirilməsi işinə girişib.

Saytların yığılması Saytlarin yigilmasi

Yadınızdadır, biz “Talana, korrupsiyaya, monarxiyaya yox!” tələbilə mitinq təşkil edəndə YAP-ın sözçülərindən olan Siyavuş Novruzov hüquq mühafizə orqanlarına bir təlimat vermişdi ki, Əli Kərimlinin özünü korrupsiya işinə cəlb etmək lazımdır. Bizi şərləmişdi ki, guya AXCP rəhbərliyi partiyanın üzvü olmayan şəxslərə üzvlük vəsiqələri verib. Sonra da hüquq mühafizə orqanlarına çağırış etmişdi ki, bu işi araşdırsınlar. Biz təbii ki, bu açıqlamanı ciddiyə almamışdıq. Çünki mən və ətrafım yüzdə-yüz təmiz olmasaydıq bu korrupsioner rejimlə açıq mübarizədə bu qədər davam gətirə bilməzdik. Bizim hər addımımız izlənilir, böyür-başımızda bunların xəfiyyələri dolaşır. Bizim tək bir qanunsuz hərəkətimiz olsaydı, çoxdan ifşa edilәrdi.

Bir daha və tam məsuliyyətlə bildirirəm ki, AXCP rəhbərliyi tərəfindən partiyanın həqiqətən üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib. Tam əksinə, bizim əvəzimizə sənədlər, o cümlədən mənim imzamı saxtalaşdıraraq sənədlər verilib və partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosail şəbəkələrdə geniş yayıblar. Yazıya əlavə etdiyim bu fotolarda mənim imzamın saxtalaşdırıldığı o qədər aydın görünür ki, bu çılpaq həqiqəti görmək üçün nəinki ekspert, heç yüksək təhsilli olmaq da lazım deyil. Sadəcə adam olmaq yetər ki, bunlara baxıb, bizim adımızdan verilən sənədlərin saxta olduğunu biləsən. Prokurorluğun vəzifəsi YAP deputatının göstərişi ilə müxalifət liderini prokurorluğa çağırmaq yox, həmin saxtakarlığı etmiş şəxsləri tapmaq olmalıdır. Saxtakarlar, korrupsionerlər bu ölkədə meydan sulayır, bunlar isə mənim müavinim, ölkəmizdə haqq mübarizəsinin simvollarından biri olan Gözəl Bayramlını və AXCP Təşkilat Şöbəsinin müdüri Saqif Qurbanovu da həmin iş üzrə prokurorluğa çağırıblar.

Olsun, biz prokurorluğa gedib, orada da sözümüzü deyərik. Birinci dəfə deyil ki, belə absurd işlərə cəlb olunuruq. Yadınızda varsa, 2013-cü il seçkiləri ərəfəsində də “Elçibəyin zəhərlənməsi” adlı əcayib və mənəviyyatsız bir ittiham atmışdılar dövriyyəyə? İndiki iddialar da eyni dərəcədə absurddur.

Bizi haqq mübarizəsindən soyutmaq, susdurmaq, özünüsenzuraya məcbur etmək mümkün deyil. Siz öz şər işlərinizi davam etdirdikcə, biz də xalqımızın işıqlı sabahı uğrunda mübarizəmizi davam etdirəcəyik! Bədəli nə olur-olsun, haqq, azadlıq və ədalət uğrunda mübarizəmiz davamlı olacaq və birgə səylərimizlə bir gün ölkəmizin qaranlıqları aşaraq, aydınlığa çıxmasına nail olacağıq!”

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button