2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

​AŞPA-nın həmməruzəçiləri ilə Ədliyyə Nazirliyində görüş keçirilib

Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən bildirilib.
Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlıqdan danışan nazir Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduqdan sonra həyata keçirilən demokratik hüquqi islahatlardan danışıb, qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə məlumat verib, Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı il üzrə Fəaliyyət Planı çərçivəsində müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirilməsini qeyd edib.
Müzakirələr zamanı qonaqlar Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi ilə insan hüquqlarının təmin olunması istiqamətində atılan addımları, o cümlədən dövlət başçısının təşəbbüsü ilə cinayət qanunvericiliyinə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılması ilə bağlı dəyişikliklərin edilməsini, habelə məhkumların sayının azaldılmasını maraqla qarşılayıblar. Eyni zamanda, Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş amnistiya qərarının icrasına başlanılmasından və bu humanist aktın 10 min nəfərədək şamil olunmasından məmnunluq ifadə olunub.
Görüşdə əməkdaşlığın perspektivləri, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ cəza növlərinin tətbiqi və digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlərə aydınlıq gətirilib.
Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Draqana Filipoviç və Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov iştirak ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button