2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əli Kərimlidən mesaj: “Özümüzə səs istəmirik”

“İndi keçirdiyimiz mitinqlər seçki mitinqi deyil, bu mitinqlərdə sizdən özümüz üçün səs istəmirik”.

24saat.org xəbər verir ki, bunu AXCP lideri Əli Kərimli Feysbuk səhifəsində yazıb.

Partiya sədrinin sözlərinə görə, hazırkı mitinqlərin əsas təşkilatçısı AXCP-dir: “Lakin biz meydanda bir dənə də olsun partiya bayrağı qaldırmırıq. Başımızın üzərində yalnız milli bayrağımız dalğalanır. Hətta siyasi məhbusların plakatlarını da fərq qoymadan eyni sayda çap etdiririk.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Şuranın mitinqlərini təşkil etməkdə məqsədimiz odur ki, millətimizin daimi sülalə hakimiyyətinə, hüquqsuzluğa, ədalətsizliyə, korrupsiyaya etirazını nümayiş etdirək. Hökumətdən islahat və dəyişiklik, xalqın dözülməz vəziyyətinə diqqət tələb edək”.

Ə.Kərimli qeyd edib ki, nə sərt repressiyalar, nə də ağır sosial çətinliklər bu milləti məğlubiyyətlə barışdıra bilməyib: “Əgər bu tələblərə razısınızsa, ümumxalq mitinqinə siz də qoşulun”.

Qeyd edək ki, sentyabrın 11-də mitinq keçirən Milli Şura növbəti aksiyanı ayın 17-nə təyin edib. Ertəsi gün isə Müsavat partiyası mitinq keçirəcək.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button