2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

1, 3 və 5 qəpik dövriyyədən çıxarılır? – Mərkəzi Bankdan açıqlama

Azərbaycanda 1, 3 və 5 qəpik kimi xırda pulların dövriyyəsində böyük problem var. Bu cür qəpiklərin işlədilməsi artıq aktuallığını itirir. Vətəndaşlar bu qəpiklərin işlənmədiyini deyir. Bu qəpiklərə ictimai nəqliyyatda sürücülər də yaxın durmur. Marketlər belə alıcılara 1 və 3 qəpiklikləri qalıq kimi verməkdən imtina edir.

Onları “Bakıkart”a daxil edib, metrolarda istifadə etmək mümkün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Xırda nominallardan imtina edilməsi qanuna zidd olsa da, iqtisadçılar 1, 3 və 5 qəpikliklərin dövriyyədən çıxmasını təklif edirlər.

Xırda pullar dövriyyədən çıxarılması baş verə bilərmi? Mərkəzi Bank sorğuya cavab verib:

“Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli fərmanına əsasən Mərkəzi Bank tərəfindən denominasiya tədbirləri çərçivəsində tədavülə 1 yanvar 2006-cı ildən etibarən 6 nominalda kağız, 6 nominalda metal pul nişanları buraxılıb. Metal pullardan 1, 3 və 5 xırda, 10, 20 orta və 50 qəpiklik yüksək nominallı pul nişanlarıdır. 2021-ci ildə metal pul nişanları 4.4%, xırda nominallı metal pul nişanları isə 10.3% artıb. Cari ilin 9 aylıq göstəricilərinə əsasən isə metal pul nişanları 4%, xırda nominallı metal pul nişanları isə 8% artıb.

Tədavüldə xırda nominallı pul nişanlarına tələbin səbəbi bu pul nişanlarının qiymətlərin formalaşmasında istifadəsi və pərakəndə ticarətdə onlardan geniş istifadənin hələ də qalmasıdır.

Eyni zamanda, xırda nominallı pul nişanlarına olan təlabatla bağlı araşdırmalar göstərir ki, yaxın illərdə iqtisadiyyatın xırda nominallı metal pul nişanlarına olan tələbatı qalacaq.

Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank tərəfindən mövcud xırda nominallı metal pul nişanlarının dövriyyədən çıxarılması planlaşdırılmır”.

Məlumatda o da qeyd olunub ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu”nun 36.3-cü bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir. (Bizim.Media)

“24 saat “1, 3 və 5 qəpik dövriyyədən çıxarılır? – Mərkəzi Bankdan açıqlama” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button