2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

1.8 milyard manatı haradan alacaqlar?

Bu barədə Maliyyə Nazirliyinin yaydığı «2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama»sında yazılıb.

Halbuki, bu il eyni xətti ilə büdcə daxilolmaları 7 milyard 250 milyon manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, növbəti ildə 2021-ci illə müqayisədə təxminən 2 milyard manat daha çox vergi yığımı nəzərdə tutulur.

Büdcəyə vergi daxilolmaları nəyin hesabına artacaq? Vergilər artırılacaqmı? Bu, baş versə, bunun biznesə mümkün təsirləri necə olacaq?

Saytların yığılması Saytlarin yigilmasi

Qaldırılan suallara, hələlik, Maliyyə Nazirliyindən münasibət almaq mümükn olmayıb.

“Vergi daxilolmaların artması üçün müəyyən şərait var»

Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Turan” Agentliyinə bildirib ki, hazırda fiskal siyasət daha çox şəffaflığın olmasına söykənir:

«Elə şərait yaradılır ki, qaydalar çərçivəsində işləməməsi artıq iqtisadi və maliyyə baxımından sərfəli deyil. Şərtlər dəyişir və həm sahibkarları, həm də adi işçiləri öz gəlirlərini rəsmi bəyan etməyə məcbur edən mexanizmlər işə salınır. Ona görə də, bu baxımından vergi daxilolmaların artması üçün müəyyən şərait var».

Rüfət Quliyev, arxiv foto

Deputatın fikrincə, 2020 və 2021-ci illə müqayisədə növbəti ildə büdcəyə vergi daxilolmaları biznesin genişlənməsi hesabına artacaq:

«2020-ci və 2021-ci ilin birinci yarısı o qədər də uğurlu deyildi. 2020-ci ildə koronavirus pandemiyası var idi, bu ilin birinci yarısında isə biznesin canlanması gedirdi. Növbəti il isə bu sahə genişlənəcək. Bunun hesabına isə vergi daxilolmaları da artacaq».

“Vergilərin artırılmasının mənası yoxdur”

O, qeyd edib ki, vergilərin artırılmasının mənası yoxdur:

«Çünki vergilərin artırılmasının yox, sahibkarları vergiləri ödəməyə stimullaşdırmağın mənası var».

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, büdcə parametrlərini açıqlayan Maliyyə Nazirliyi 1 milyard 880 milyon əlavə vergi yığılması ilə bağlı proqnozunun əsaslandırılmasını açıqlamalı idi:

«Mənbələr haqqında əlavə məlumat yoxdur deyə, adamın ağlına birinci vergi artımı məsələsi gəlir».

İqtisadçının fikrincə Milli Məclisin payız sessiyasında vergilərin artırılması və ya vergilərlə bağlı bəzi güzəştlərin ləğv edilməsi məsələsi gündəmə gələ bilər:

«İkinci versiya ondan ibarətdir ki, hökümət son vaxtlar vergi ağardılması yolu ilə vergi daxilolmalarının artım tempinin yüksək olduğunu söyləyir. Amma büdcə proqnozunda daxilolmaların məbləği o qədər böyükdür ki, bir il ərzində sırf vergi ağardılması yolu ilə bu qədər vergi daxilolması mümkünsüz görünür».

Natiq Cəfərli, arxiv foto

Natiq Cəfərli, arxiv foto

O, qeyd edib ki, hazırda əlavə dəyər vergisini (ƏDV) Dövlət Gömrük Komitəsi toplayır:

«Bu bir nonsensdir. Çünki vergi növü olmasına baxmayaraq Gömrük Komitəsi ƏDV-ni toplayır və sonra büdcəyə köçürür. Komitənin topladığı vəsaitin az qala 70 faizini ƏDV təşkil edir. Ola bilsin burada bir dəyişiklik olsun və ƏDV-nin vergilər xəttinə qaytarılması ilə bağlı müəyyən qərarlar verilsin».

“Vergi artımı onlar üçün dözülməz hal ola bilər”

Amma, N.Cəfərlinin sözlərinə görə, burada da bir uyğunsuzluq var:

«2020-ci ilin ƏDV-si 2,8 milyard idi. Amma burda söhbət 1 milyard 880 milyon manast vəsaitdən gedir».

İqtisadçı deyir ki, əgər vergilərin artırılması yolu ilə vergi daxilolmaların artırılması planlaşdırılırsa bu, çox səhv yanaşmadır:

«Çünki iş adamları, orta və kiçik sahibkarlar pandemiya vaxtında çox böyük zərbə alıblar. Vergi artımı onlar üçün dözülməz hal ola bilər ki, bu da sahibkarlığa böyük zərbə vurar».

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button