2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

1-ci rübdə də iqtisadiiyat geriyə “inkişaf” edib

Nemət Əliyev 

“Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib”.
İlin I rübünün yekunlarına həsr olunan müşavirədə fikrini məhz bu cür ifadə etmişdi dövlət başçısı İlham Əliyev. Müşavirə keçirilən vaxt sosial-iqtisadi göstəricilərə dair hesabat ictimailəşdirilmədiyinə görə ümumi tendensiyaya istinad edərək bu fikrin gerçək həyatla bağlantısı olmamasını bildirmişdim. Artıq Statistika Komitəsinin rüblük hesabatı açıqlanıb. Hər şey ortadadır.
Rəsmi məlumatara görə məlum olub ki, I rübdə iqtisadiyyat inkişaf etməyib. Əksinə, 0,9% tənəzzül yaşanıb iqtisadiyyatda. Əhali sayının artım tempinin aşağı düşməsinə baxmayaraq, hətta adambaşına düşən ÜDM-in həcmində 2% azalma qeydə alınıb. Sənaye məhsulu 7% düşüb. İstehsal vasitələrinin istehsalında 48,6%, enerji məhsullarının istehsalında isə 9,2% enmə müşahidə olunub. Bu ilin yanvar ayında emal sənayesində əldə olunmuş 7,2%-lik artım tempini də qorumaq mümkün olmayıb. Nəinki mümkün olmayıb, sonrakı iki ayda tənəzzül burada o dərəcədə böyüyüb ki, istehsalın səviyyəsi bir il əvvəlki səviyyənin 3,5% aşağısına düşüb. Bunula belə, qeyri-neft sektorunun ÜDM-də payı 65,5%-dən 56,2%-ə düşüb. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ilə yanaşı dövlət büdcəsinin gəlirləri də azalıb. Martın 1-nə olan göstəricilərin müqayisəsindən məlum olub ki, kredit qoyuluşlarının həcmində 22% azalma, bank əmanətlərinin həcmində isə 12% azalma baş verib. Rəsmi etiraf olunan inflyasiya səviyyəsi isə 13%-dən çox olub. Orta aylıq əmək haqqının alıcılıq qabiliyyəti azalaraq, rəsmi məzənnə hesabı ilə 278 dolların altına düşüb. Əhali gəlirlərinin 3 aylıq həcmində 133 milyon dollara yaxın azalma müşahidə olunub. Ölkəni tərk etməkdə olan xarici investisiyaları bu ilin I rübündə də durdurmaq mümkün olmayıb. Real sektora yatırımlar azalmaqda davam edib.
İqtisadi tənəzzülün davam etməsini sübut edən bu göstəricilərin siyahısına xeyli əlavələr də etmək olar. Ancaq təqdim olunan bu göstəricilər üzə dəyişmələr ölkədə iqtisadi inkişafın olması haqqında təsəvvürlərin yanlış olmasını təsdiq edir. Hər şeyi öz adı ilə çağırmağın zamanı çoxdan yetişib. Yanlış baxışlarla illərlə kök salmış problemləri yerindən tərpətmək əsla mümkün deyil. Odur ki, həqiqətin gözlərinə düz baxmaq lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button