2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

1 milyon 200 min manat da Cahangir Hacıyevin üzərinə qoyuldu

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və daha 7 nəfər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə dəyişiklik edilib.

Bu haqda iyunun 1-də Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qərara əsasən, hökmün cəzalar hissəsində dəyişiklik olmayıb. Amma ziyanın ödənilməsi hissəsində hökm dəyişdirilib.

Buna da bax:​ ‘Milyonları görmədilər, gözəllik salonuna xərclənmiş 100 manatı qabardırlar’

Cahangir Hacıyevgilin işində həm Beynəlxalq Bank, həm də bankın problemli kreditlərinin həvalə olunduğu “Aqrarkredit” zərərçəkmiş qismində tanınıb. Cahangir Hacıyevin göstərişi ilə götürülüb qaytarılmadığı iddia olunan kreditlərlə əlaqədar Beynəlxalq Bank işində təqsirləndirilən şəxslərə qarşı 7 milyon 7 min 405 manatlıq mülki iddia qaldırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi öz hökmündə bu məbləğin Cahangir Hacıyev və digərlərindən tutulmasına qərar verib. Hökmə əsasən, C. Hacıyevin rəhbərliyi dövründə bankın Nərimanov filialının rəhbəri olmuş Məmməd Cahangirovun üzərinə 1,2 milyon ödəmək öhdəliyi qoyulub. Amma Bakı Apellyasiya Məhkəməsi bu öhdəliyi onun üzərindən götürüb. Məmməd Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manat C. Hacıyevin üzərinə qoyulub.

Beynəlxalq Bank işi üzrə mühakimə olunan 8 nəfərdən dördünə şərti cəza verilib. Onlardan biri də Məmməd Cahangirovdur.

Buna da bax:​ Cahangir Hacıyev Beynəlxalq Bankın müflisləşməsindən danışdı

Hökmdən həbs cəzası almış 4 nəfər, şərti cəza alanlardan isə yalnız Məmməd Cahangirov apellyasiya şikayəti verib. Hazırda “AFB Bank”ın İdarə Heyətinin üzvü olan M. Cahangirov bəraət almaq istəyir.

C. Hacıyevin vəkili Aqil Layıcov AzadlıqRadiosu-na bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

C. Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlu hesab edərək 15 il azadlıqdan məhrum edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button