2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“10-15 min dollar verdim” – Akif Çovdarovun oğlu

Ləğv edilmiş Millit Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarov “Kürdəmir epizodu” üzrə istintaqa ifadə verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Çovdarov deyib ki, 2006-cı ildə yaradılan “RAF 2006” MMC-nin təsisçilərindən biri olub: “Məndən başqa Fəttah Seyidov, soyadını bilmədiyim Ramiz adlı şəxs də təsisçi idi. Fəttah Seyidov əslən gürcüstanlıdır, atamla cavanlıq vaxtlarından dostluq ediblər. Ramiz də gürcüstanldır, o da atamla yaxın dost olub. Bu firma Fəttah Seyidov tərəfindən yaradılıb. Firmanın yaradılma səbəbi və fəaliyyət istiqaməti kənd təsərrüfatı, əsasən Kürdəmir rayonu ərazisində boş qalmış və istifadəsiz bələdiyyə torpaqlarında balıqçılıq təsərrüfatı yaratmaq və inkişaf etdirmək idi. “RAF 2006” MMC-in ofisi Bakıda olsa da, dəqiq harada yerləşdiyini bilmirəm. Firmanın işləri ilə əlaqədar təxminən 10-15 min dolları pul verdim, lakin sonradan bütün işləri Fəttah Seyidov gördü. O, 2008-ci ildə “Dəmirbank”dan 95.000 dollar kredit götürüb təsərrüfatın inkişafına yönəltdi. Balıqçılıq təsərrüfatı yaradılması üçün torpaq sahəsini isə Ramiz tapdı. Mən orada cəmi 2-3 dəfə olmuşam.

Bundan başqa 2006-cı ildə “Bozalt” MMC-ni təsis etdim. Bu firma Siyəzən rayonu ərazisində qum-çınqıl karyerləri açaraq fəaliyyət göstərdi. Təsisçi olsam da, firmanın fəaliyyətindən tam məlumatsız idim, sadəcə sənəd üzərində adım yazılmışdı, heç bir qazanc da götürməmişəm. Bu işlə Fəttah Seyidovun kürəkəni Rəşad məşğul olurdu. Heç vaxt həmin daş karyerlərinə getməmişəm. Bildiyimə görə 2007-ci ildə “Bozalt” MMC fəaliyyətini dayandırdı, “RAF 2006” MMC isə hələ də fəaliyyət göstərir. Bunlardan başqa təsisçisi olduğu heç bir hüquqi şəxs, firma yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, ittihama görə , Akif Çovdarov Kürdəmir rayonunda 69 hektar torpaq sahəsi alıb, həmin sahədə yerləşən yeməkxananı da almaq istəyib. Lakin onun sahibi bundan imtina edib. Əvəzində isə Çovdarov yeməkxanaya gedən yolu çəpərlətdirirb və 7 il faktiki mühasirədə saxlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button