2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

10-a yaxın kəndi sel basdı

Zaqatala rayonu ərazisində Talaçayın məcrasından daşması nəticəsində rayonun 10-a yaxın kəndinə ziyan dəyib.

Bu barədə Trend-ə açıqlamasında rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaqub Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, hazırda rayonun Fövqəladə Hallar Komissiyası kəndlərə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar aparır: “Əsasən, Tala, Mazıx, Maqov, Böyük Tala, Danaçı, Çobankol, III Tala və digər kəndlərinə ziyan dəyib. Çayın daşması nəticəsində vətəndaşların həyətyanı sahələrini su basıb, əkin sahələri məhv olub. Sahələri lil basıb. Artıq dəymiş ziyanla başlı aktlar yığılıb, ziyanın miqdarı bu gün müəyyənləşəcək”.

Y. Məmmədov bildirib ki, hadisə nəticəsində vətəndaşların avtomobillərinə də ziyan dəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, qeyri-sabit hava şəraiti nəticəsində Talaçayın Zaqatala rayonu ərazisindən keçən hissəsində daşqın olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button