Now Reading:
10 gömrükçü barədə sənədlər prokurorluğa göndərilib

2017-ci ildə Azərbaycanda korrupsiya ilə mübarizə çərçivəsində 10 gömrük orqanı əməkdaşı barədə sənədlər prokurorluq orqanlarına göndərilib.

Bunu Bakıda keçirilən “Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və heaabatlılıq” adlı tədbirdə çıxış edəb Dövlət Gömrük Komitəsinin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib.

Bundan başqa, onun sözlərinə görə, ötən il adı korrupsiyada hallandırılan 7 nəfər haqqında sənədlər isə DGK-nın istintaq idarəsinə verilib.

“Vəzifə səlahiyyətlərini yerinə yetirərkən pozuntuya yol vermiş 209 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 10-u gömrük orqanlarından, 2-si isə tutduğu vəzifədən azad edilib. Həmçinin 1 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi aşağı endirilib, 47 nəfərə sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib, 30 nəfərə adi xəbərdarlıq edilib, 114 nəfərə isə adi töhmət verilib”, – deyə gömrük rəsmisi əlavə edib.

Report

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.