2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

10 milyardın bədəlini Mərkəzi Bank ödədi 

Mərkəzi Bank (MB) 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata görə, qurum 2021-ci ili 162 milyon 746 min manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ili 52 milyon 485 min manat xalis mənfəət ilə bağlamışdı. 

Bankın faiz gəlirləri də azalıb. Belə ki, 2020-ci ildə isə Mərkəzi Bankın effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 151 milyon 881 min manat, 2021-ci ildə isə 121 milyon 86 min manat təşkil edib. 

Həmçinin, Mərkəzi Bank 2021-ci ildə xarici valyuta əməliyyatları üzrə 935 min manat itirib. Xatırladaq ki, 2020-ci ildə qurum xarici valyuta əməliyyatları üzrə 1 milyon 981 milyon manat gəlir əldə etmişdi. 

Saytların yığılması Saytlarin yigilmasi

Ötən il MB xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə 60 milyon 298 min manat zərər edib. Bir il əvvəl isə Bank 66 milyon 44 min manat gəlir əldə etmişdi.

İqtisadçı ekspert Rövşən Ağayev MB hesabatını dəyərləndirərkən 3 əsas məqama diqqət çəkib: 

“Birincisi, 2015-2016-cı illərdə bankı sağlamlaşdırmaq məqsədilə Beynəlxalq Bankın 10 mlrd. manat məbləğində problemli aktivlərini dövlət adından “Aqrarkredit” vasitəsilə buraxılan qiymətli kağızları Mərkəzi Bank alaraq, öz aktivlərinin tərkibinə daxil eləmişdi. Müqavilə şərtlərinə görə, hökumət 2045-cı ilə qədər illik 0.15% ödəməklə, Mərkəzi Bank qarşısında öhdəliyini yerinə yetirməlidir. Amma son 7 ilin hesabatları göstərir ki, ötən dövrdə bu borcdan cəmi 518 mln. manat geri qayıdıb. 2016-cı ildən sonra məbləğ, ümumiyyətlə, dəyişməzdir – 9.482 mlrd. manat. Öhdəliyin illər üzrə icrasına dair məlumatlar açıq deyil – yəni, borcun hansı qrafiklə qaytarılması gizli saxlanan məlumatdır. 2045-ci ilə qalası olsa, həmin 9.5 mlrd. manatın 23 il sonrakı dəyəri hazırkı 10-15 mln. manata ekvivalentə bərabər olar. Təkcə son 7 ilə baxın – inflyasiya manatın alıcılıq qabiliyyətini azı 50% “yeyib”. Ümumiyyətlə, Beynəlxalq Bankın “Aqrarkredit”ə təhvil verilən və satıldıqca MB-nin borcunu kompensasiya etməli olan problemli aktivləri ilə bağlı məsələ “qara qutu”ya çevrildi. Ortada hər hansı etibarlı informasiya yoxdur. Dəqiq bilinən odur ki, ən azı 15 mlrd. manatlıq nəhəng korrupsiya əməliyyatının 10 mlrd. manatının bədəlini Mərkəzi Bank ödədi”. 

İqtisadçı ikinci maraqlı məqam kimi qlobal maliyyə bazarlarındakı düşüşlərin Mərkəzi Bankın bütün aktivləri üzrə daxilolmalarında özünü göstərdiyini deyib: “”Aqrarkredit”in qiymətli kağızlarına yatırımlar istisna olmaqla, digər qiymətli kağızların hamısı ədalətli dəyərlə ölçülən aktivlərdir – yəni, satış məqsədilə alınan və bazardakı qiymət dəyişikliyindən qazanc əldə edilməsi hədəflənən qiymətli kağızlardır. Bura əsasən notlar, istiqrazlar, səhmlər və s. daxildir. Mərkəzi Bankın aktivlərinin 6.9 mlrd. manatı bu çeşiddən olan kağızlardır. Hesabatdan görünür ki, qeyd olunan qiymətli kağızların qiymətinin dəyişməsindən və dəyərsizləşməsindən 52 mln. manata yaxın zərər qeydə alınıb. Xarici valyuta məzənnələrinin dəyişməsindən zərəri 60 mln.manatı ötür”.

R.Ağayev bildirir ki, Mərkəzi Bank haqqında qanuna uyğun olaraq, kapitalın formalaşması üzrə normativə əməl edildikdən sonra Mərkəzi Bank öz mənfəətini dövlət büdcəsinə köçürür. Ekspert xatırladır ki, 2021-ci ildə Bank 200 mln. manatdan çox məcmu zərər edib. “Bəs büdcəyə köçürməni hansı mənbədən edib? Təbii ki, əvvəlki ilin bölüşdürülməmiş mənfəətindən. 2021-ci ilin əvvəlinə MB 596 milyon manat bölüşdürülməmiş mənfəətə malik idi. Xatırladım ki, 2015-ci ilin devalvasiyasından sonra MB məzənnə dəyişikliyi hesabına 5.6 mırd. manata yaxın mənfəət əldə eləmişdi. Ötən 6 ildə bu mənfəət dövlət büdcəsinə və ya onun Borca Təminat Fonduna köçürüldü. Bank sektoru vasitəsilə real sektorun inkişafına xərclənə biləcək vəsaitlərin əhəmiyyətli hissəsi, təəssüf ki, büdcə vasitəsilə məsuliyyətsiz dövlət şirkətlərinin dövlət öhdəlikli borclarının qaytarılmasına sərf edildi. 6 il hökumət devalvasiyadan yaranan nəhəng mənfəətdən daha bir rahat yastıq kimi istifadə elədi.  Amma artıq bu mənbə yoxdur”, – iqtisadçı vurğulayıb.

Turqut

24 saat” “10 milyardın bədəlini Mərkəzi Bank ödədi ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button