2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

10-yaşlı Nərmin Quliyevanın ölüm işinin hazırlıq iclası olub

“Mənim bu ifadələrimi işgəncə altında alıblar. Mənim bu işlə heç bir əlaqəm yoxdur…. Bunu dünən, mayın 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında 10-yaşlı Nərmin Quliyevanın öldürülməsində ittiham olunan İlkin Süleymanov deyib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi bir neçə vəsatətlə çıxış edib. Vəkillər iş üzrə keçirilən ekspertizaların təkrar olunmasını, işə xitam verilməsini və İ.Süleymanovun ilkin ifadələrinin indiki ifadələrlə əvəzlənməsini məhkəmədən xahiş ediblər. “Biz həmçinin İlkin Süleymanovu tibbi ekspertizadan keçirilməsini istəyirik. Onun bədənində xəsarət izləri qalıb, ağrıları var. Həmçinin işgəncələri sübut edən fotoşəkillər var”, – müdafiə tərəfi bildirib. Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra hakim D.İmanov müdafiə tərəfinə bütün vəsatətləri birlikdə təqdim etməyi məsləhət görüb. Bu da vəkillərin etirazına səbəb olub. Vəkil Əlibaba Rzayev hakimdən verilən vəsatətlərə münasibət bildirməyi xahiş edib. Hakim isə bununla razılaşmayıb.

Hakimlər işi icraata götürərək məhkəmə baxışını iyunun 1-ə təyin edib.

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

İ.Süleymanovun vəkilləri onun dörd gün polis şöbəsində qanunsuz saxlanması və işgəncəyə məruz qalması barədə söylədikləri ilə əlaqədar Baş Prokurorluğa şikayət edib, buna görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Amma baş prokurorun birinci müavini Rüstəm Usubov onda belə nəticəyə gəlib ki, şikayət əsassızdır, ona görə də cinayət işi başlanmasının rədd olunması haqda qərar imzalayıb.

24 saat” “10-yaşlı Nərmin Quliyevanın ölüm işinin hazırlıq iclası olub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button