2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

100 faiz öldürüb, 1 faiz diriltmək “uğur”u

Yaxud,  “samballı siyasət” manatı necə nəzarətdə saxlayır?

Təxminən 2 il əvvələ qədər Azərbaycan hökumətinin leksikonunda milli valyutamızla bağlı bəlağətli fikirilər rəqs eləyirdi. Məsələn, “aparılan iqtisadi islahatlar nəticəsində manat dollardan bahadır” təbliğatı qulaqlarımızı yağır etmişdi. Heç kimə sirr deyildi ki, manatın bu qədər hündürlüyə çıxması neft pullarıyla bağlı idi. Yəni, hər il milyardlarla dollar xərcləməklə, manata süni nəfəs vermişdilər və məqsəd də hökuməti uzaqgörən, səriştəli göstərmək idi. Təbii ki, qara qızılın kəskin şəkildə ucuzlaşması manata qara günlər yaşatdı və “uzaqgörən siyasət” onu əvvəlki hündürlükdə saxlaya bilmədi. Amma nəticə biz gözlədyimizdin də pis oldu. Manat aşağı düşməklə kifayətlənmədi, yerin altına girməyə başladı. Birinci devalvasiyadan sonra manatın əl-ayağı tutuldu və ölkə vətəndaşına külli miqdarda ziyan dəydi. Hansıki, ölkə başçısı səviyəsində vətəndaşlara zəmanət verilmişdi, manatın sabit qalacağı vəd edilmişdi. Manatın birinci “infarkt”ından sonra yenə də vədlər verildi və növbəti devalvasiyanın olmayacağı bildirildi. Amma 10 aydan sonra manat növbəti dəfə “infarkt” keçirdi və bu dəfə “beli” də tutuldu. Yenə də hökumət manatın nəzarətdə olacağını, çox uzağa üzə bilməyəcəyini bildirdi, ən yüksək səviyyədə vədlər verildi. Amma manat bu dəfə sürüşən məzənnəyə çevrildi və yavaş-yavaş daha dərinə üzməyə başladı. Beləliklə, manat üzən, uçan, qaçan məzənnəyə çevrildi. Bəli, uğurlu siyasətin nəticəsi kimi doğulan manat, 120 faiz dəyər itridi. Məlum oldu ki, uzun illər ərzində bu ölkədə heç bir iş aparılmayıb və neft pulları bir qrup adamın varlanmasına xidmət edib. Hökumət neft pullarıyla yırtıqları qapayıb və “biz güclü komandayıq” təbliğatını həqiqət kimi cəmiyyətə sıramaq istəyib.  Neft pulları azalqdıdan sonra isə yırtıqların üstü açıldı və hər yırtığın altında böyük quyu olduğu üzə çıxdı.

Saytların yığılması Saytlarin yigilmasi

İndi manatın birinci “infarkt”ından 2 il vaxt ötüb və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyir ki, manat tam nəzarətdədir: “Fiskal və monetar siyasətin kombinasiyası nəticəsində Manatın sabitliyinə nail olunub. Məzənnədəki volatillik tam nəzarət altına alınıb. Bu o demək deyil ki, Manatın məzənnəsi bir səviyyədə qalacaqdır. Tələb və təklifdən asılı olaraq məzənnə dəyişə bilər. Amma fakt budur ki, Manatın məzənnəsində sabitlik var, manat tam nəzarət altındadır. Bu Azərbaycan hökumətinin həyata keçirdiyi samballı və əsaslandırılmış siyasətinin nəticəsidir”-deyə Vüsal Qasımlı bildirib.

Vəziyyət həm gülməli, həm də ağlamalıdır.  Manat lətifə mövzusuna çevrilib, Vüsal Qasımlı isə deyir ki, samballı siyasətin nəticəsində  manat sabitliyini qoruyur.  Deməli, bir vaxtlar  100 dollar 78 manata bərbarə idi, indi isə 100 dollar 170 manata bərabərdir. Ekspert isə 1-2 qəpiklik bahalaşmanı uğurlu siyasət kimi təqdim edir. Necə ki, 20 faiz ərazini işğalda saxlayıb, Cocuq-Mərcanlının azad edilməsiylə tapırıq, eləcə də 100 faiz ucuzlaşan manatın, 0.1 faiz dəyər qazanmasından sevincək olmuşuq.

Ölkəni nəzarətdə saxlaya bilmirlər, manatın tam nəzarətindən danışırlar. Manat öldükdən sonra, nəzarət etməyin nə faydası var? Ayaq kəsildikdən sonra, masaj etmək nəyə yarayacaq? Ümumiyyətlə, bu nəzarət nədən ibarətdir? Yəni, manatın 4-cü, 5-ci, 6-cı devalvasiyaya məruz qalmayacağı vəd edilir? Dağdan yuvarlanana qaya parçası dağın ətəyindəki evləri dağıtdıqdan sonra nəzarət kimə lazımdır?

Amma etiraf edək ki, bu qədər yarıtmazlıqdan, ölkəni bu qədər geriyə saldıqdan sonra inkişafdan, uğurlu siyasətdən danışmaq üçün “böyük ürək” sahibi olmaq lazımdır. Vətəndaşı bu qədər ağrı-acıya düçar edib, intihar həddinə çatdırıb, devalvasiyanın çətinliyi ilə üz-üzə buraxdıqdan sonra, “hər şey nəzarətdədir” deyə bilmək “qəhrəmanlıq” tələb edir.  Həqiqətən də utanmayanda oynamaq asan olur.

İlham

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button