2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

100 görüş, 2 güllə, ev dustaqlığı, ölümcül xəstəlik…

“Mitford bacıları arasında ən məşhuru olan Yuniti heç kimə bənzəmirdi. Uca boyu, sarışın saçları vardı. Anam dedi ki, tanış ol, Yuniti xaladır, bizimlə yaşayacaq. Bu söz məni təəccübləndirdi. Buna qədər onun haqqında heç nə eşitməmişdim”.

83 yaşlı Marqaret Hitlerin sevgilisini – ömrünün son illərini onların evində keçirən Yuniti Mitfordu belə xatırlayır:

Həmin vaxt 8 yaşı olan balaca qızcığaz Marqaret Yuniti ilə bağlı xatirələrini BBC ilə bölüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Tanışlıqdan bir neçə həftə sonra Yuniti daimi qonaq kimi Marqaretin Uorikşir qraflığının Hilmorton şəhərciyindəki evinə yerləşir.

Marqaret bu evdə atası – rahib Frederik Syugll-Korbi, anası Bettin və kiçik bacısı ilə birlikdə yaşayırdı.

Marqaret xatırlayır ki, qonağın gəlişinə görə valideynlərinin yataq otağından atasının geyim və kitablarını çıxarıblar. Həmin gün anası və dayəsi Yuniti ilə birgə yatmalı olub.

“Yuniti sidiyini saxlaya bilmirdi. Bunu yataq dəstlərinin hər gün yuyulub ipdən asılmasından başa düşmüşdüm. Onun ayağı tutulmuşdu, gəzəndə hiss olunurdu. Atam həmin gün qarderob otağında yatdı. Evin bütün pəncərə və qapıları qıfıllanmışdı. Deyəsən, Yuniti ev dustağı idi. Onu heç vaxt tək qoymurdular. Yunitinin adı qalmaqallara qarışmışdı. Onu İcmalar Palatasında müzakirə edirdilər, yaşadığı yer milli təhlükəsizlik məsələsi hesab olunurdu. Söhbət gəzirdi ki, bu qadın Hitlerin sevgilisi olub”.

Yuniti Mitford ailəsindəki 6 qızdan biriydi. Atası lord  Ridsdeyl idi. Yunitinin bacısı Diana Britaniya Faşistlər İttifaqının lideri Osvald Mosli ilə evlənmişdi.

“Yuniti Hiterlə tanış olmaqla bacısını ötüb keçməyə çalışırdı”, – deyə bioqraf Devid Prays-Cons bildirir:

“O, Hitlerin Münhendə dostları ilə nahar etməyi sevdiyini öyrənmişdi və Hitler onu masaya dəvət edənə qədər oturub gözləyirdi”. 

Yunitinin əziyyəti boşa çıxmır. Hitler Yunitini Berlinə dəvət edir, sonra isə ona Münhendə ev tutur.

Tarixçilərin bir çoxu iddia edir ki, Hitlerlə Yuniti arasında cinsi əlaqə olmayıb. Prays-Consa görə, Yuniti Hitlerlə təxminən 100 dəfə görüşüb: “İngilislər arasında heç kim Yuniti qədər Hitlerə yaxın olmayıb. O, nasistlərin yüksək dairəsinə ən yaxın adamlardan idi”. 

Yuniti Mitford nasist Almaniyasında bir neçə il qaldıqdan və uğursuz intihar cəhdindən sonra başında qəlpə ilə İngiltərəyə qayıdıb.

1939-cu ilin sentyabrında Britaniya Almaniyaya savaş elan edəndə Yuniti Münhendəki “Britaniya bağı”na gedərək silahla başına iki dəfə atəş açıb.

Britaniyaya qayıdanda ona xalq düşməni adı veriblər. Hətta bir çoxları Xarici İşlər Nazirliyinə məktub yazaraq onu ölkədən göndərməyi tələb edib.

Nəhayət qərara alınıb ki, onu Hilmortonda rahibin evinə yerləşdirsinlər.

Yunitinin anası – ledi Ridsdeyl qızına baş çəkmək üçün Marqaretin anasını ziyarət edirdi.

“Bizim evimiz hamının üzünə açıq idi. Yoxsullar və evsizlər bizə gəlir, bir fincan qəhvə istəyirdilər. Görünür, anam bu qənaətə gəlmişdi ki, Yunitini qəbul etmək və ona mərhəmət göstərmək lazımdır. Şübhəsiz, anam hökumətlə yazışmalar aparırdı. Məncə, bütün bunlar atam üçün olduqca ağır gəlirdi. Necə də olsa, potensial təhlükə sayılan bir adama nəzarət edirdi.
Yunitinin nə pulu, nə pasportu, nə də məktub yazmaq üçün kağızı var idi. Ona demək olar ki, heç nəyə icazə verilmirdi. Bir müddət hətta kitabxana kartı da yox idi”,
– deyə Marqaret xatırlayır.

Dediyinə görə, Yuniti onlarda 1943-48-ci illər ərzində qalıb:

“Onun qaldığı yer sirr kimi saxlanılırdı. Biz də bu barədə kiməsə danışa bilməzdik. Qadağa qoyulmuşdu. Valideynlərim çox narahat idilər. Mənsə hələ heç nədən şübhələnmirdim. Onun dustaq kimi saxlanıldığını başa düşmürdüm. Mənə görə, sadəcə qonaq idi”.

Bəzi tarixçilərə görə, Yuniti Hitlerdən hamilə qalıb. Lakin Marqaret əmindir ki, bunu təsdiq edəcək heç bir sübut yoxdur: “Boş sözdür. Məncə, o, ümumiyyətlə ana olmaq iqtdarında deyildi”.

Mİ-5-in (Britaniya kəşfiyyat xidməti) iddiasına görə, Yuniti psixi cəhətdən sağlam deyildi.

Britaniya Xarici İşlər Nazirliyinə şikayətlər gəlirdi ki, Yuniti ətrafda gəzir və pilotlarla tınış olurmuş. Bu iddiaları araşdırmaq üçün yerli polis təhqiqat aparmalı olmuşdu.

Yerlilər Yunitinin rahibin evində qalmasını istəmirdilər. Düşmənləri ilə bu qədər yaxın olmuş bir adamın ətraflarında olmasından narahat idilər.

Yuniti bütün ətrafın diqqətin üzərinə çəkə bilmişdi.

Sakinlərdən Raqbi Con Houz babası Frenkin Yuniti haqda fikirlərini belə xatırlayır: “Yuniti Hilmortonda gəzir və “fiş-ənd-çips” (balıq, kartof) yeyirdi. Bu babamı heyrətə gətirmişdi. Axı Yuniti aristokrat ailədən idi”. 

Yuniti Britaniyaya gələndə özü ilə Hitlerin ona bağışladığı Liblix adlı balaca iti də gətirmişdi.

Yuniti Mitford daim nəzarət altında olmalı idi. Marqaret deyir ki, o, həmişə şən idi. Üstəlik rəsm çəkmək bacarığı vardı:

“Onunla bir otaqda qalmağıma heç vaxt icazə vermirdilər. Anam həmişə yanımızda olurdu. Ya nəsə toxuyur, ya da royalda çalırdı.
Mənə elə gəlir ki, Bavariya marşı Yunitinin çox xoşuna gəlrdi. Otaqda gəzə-gəzə bu marşı tez-tez oxuyurdu. Yaxşı oxuyurdu.  Amma ucadan və qəfildən”.

 

Marqaret

Marqaret Hitlerin ölüm xəbərinin Britaniyaya çatdığı günü də yaxşı xatırlayır.

“Bacım dedi: “Sabahınız xeyir Yuniti xala. Təəssüflə deməliyəm ki, sizin tanışınız ölüb. Həmin an mən qışqırdım ki, “bu həmin adamdır ki..”. Sözümü bitirməmişdim ki, Yuniti  mənə hücum çəkdi. Tez qaçıb gizləndim”.

Həmin il Marqareti yatılı məktəbə göndəriblər. Yuniti onların evində qalmağa davam edib, tətilləri də Şotlandiyada anası Ridsdeyllə yaşayıb.

Marqaret deyir ki, Yuniti 1948-ci ildə isə Şotlandiyanın Oban şəhərində dünyasını dəyişib. İntihara cəhd zamanı başına girən güllə sonradan onda meningit yaradıb:

“Tətildə evə gələndə anam məni qarşılamadı. Yuxarıda – hamamda ağlayırdı. Atama baxıdım və o mənə belə dedi: “Şükür Allaha, hər şey geridə qaldı…”.

Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button