2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

100 illik qaz ixracı: Qiymətlər nəyi deyir?

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçirilir. Tədbir iştirakçılarından bəzilərinin fikrincə, burada əsas məsələ Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi perspektivlərinin müzakirəsidir.

Elə Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında bu məsələyə də toxunub: “Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir… Bu gün biz artıq TANAP-ın (Trans Anadolu Boru Xətti) 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın (Trans Adriatik Boru Xətti) isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq”.

Prezident qeyd edib ki, Azərbaycan qaz ixracını ildən-ilə artırır: “2021-ci ildə ixracatımız 19 milyard kubmetr, 2022-ci ildə 22.6 milyard kubmetr təşkil edib, 2023-cü ildə 24.5 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır”.

Saytların yığılması Saytlarin yigilmasi

“…Ən azı 100 il kifayət edəcək”

O, həmçinin deyib ki, “təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı 100 il kifayət edəcək”.

CQD 2020-ci ildən işə düşüb. O, Azərbaycan qazını Avropaya nəql edir. Dəhliz Bakıdan başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya qədər uzanır. Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qaz TANAP və TAP vasitəsilə İon-Adriatik boru kəmərinə çatdırılacaq və Şərqi Avropa ölkələrinə də paylanacaq. Dəhlizin başlanğıc seqmenti Cənubi Qafqaz Boru Kəməridir.

Ötən ilin iyulunda Avropa İttifaqının təmsilçiləri Azərbaycan ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzalayıblar. Memoranduma əsasən, Azərbaycan Avropaya nəql etdiyi qazın həcmini 2027-ci ildə 20 milyard kubmetrə çatdırmalıdır. Hazırda TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir.

Bir ilə 15 milyard dollarlıq ixrac

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2022-ci ildə Azərbaycandan 14 milyard 989 milyon 675 min dollarlıq təbii qaz ixrac olunub. Ötən il ixracda 18 faiz artım olub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Azadlıq Radiosuna bildirib ki, Azərbaycanın əlavə qaz verəcəyi istiqamətlər artıq müəyyənləşib: “Prezident həftə əvvəlində Budapeştdə oldu və bildirdi ki, Macarıstan Azərbaycandan yalnız qaz almayacaq, o, həm də Azərbaycan qazının tranzit ölkəsinə çevriləcək”.

NABUKKO-nu canlandırmaq

Ekspertin xatırlatmasına görə, prezident deyib ki, “biz tarixə qovuşmuş NABUKKO layihəsini canlandırırıq”: “Faktiki olaraq 2013-cü ildə layihə kimi gündəmdən çıxmış bu layihə çox simvolik məna daşıyır. Məhz Azərbaycan o vaxt TAP-ı seçməsi ilə Avropanın 11 il gündəmdə olan bu layihəsini arxivə göndərdi”.

NABUKKO qaz kəməri Xəzər bölgəsi və Orta Asiyanın təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tuturdu.

“Üç potensial layihə”

Ekspertin sözlərinə görə, qazla bağlı Azərbaycanın üç potensial layihəsi var: “”Azəri-Çıraq-Günəşli” blokunun dərin qatındakı qaz yatağıdır. Bunun işləyib bazara çıxarılması maksimum 2025-ci ilə mümkündür. 2028-ci ilə “Abşeron-2” layihəsinin işə salınması mümkündür. Üçüncü layihə isə “Ümid” və “Babək”dir. Artıq “Ümid”dən ötən il 1.5 milyard kubmetr qazı çıxara bildik və oradan yaxın 5 il ərzində 3 milyard kubmetr qazının çıxarılması planlaşdırılır”.

Qazın satış qiyməti…

İ.Şaban vurğulayıb ki, 2022-ci ildə Avropada qazın orta qiyməti 1350 avro olub: “Bizim özümüzün ixrac etdiyimiz qaz Gürcüstan və Türkiyə nəzərə alınmaqla 800 dollardır. Avropaya satdığımız qazın qiyməti 1000 dollar olub. Bu il qiymət 700 dollar olsa belə, biz uduzmuruq, çünki 2021-ci ildə biz qazı 300 dollara satmışdıq”.

Onun fikrincə, Azərbaycanın Avropaya qaz ixracının artırılması ölkədəki qaz qiymətlərinə təsir etməyəcək.

Xatırlatma

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də gerçəkləşib. Hər il baş tutan bu toplantının sonuncusu isə 2022-ci il fevralın 4-də keçirilmişdi.

The post 100 illik qaz ixracı: Qiymətlər nəyi deyir? appeared first on 24 saat.

“24 saat “100 illik qaz ixracı: Qiymətlər nəyi deyir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button