2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

102 gündür aclıq edən Əlizamin Salayevin anası: “Məni bu əzabdan qurtarın, ciyərim yanır…”

AXCP-nin Salyan şöbəsinin sədri, 102 gündür həbsdə edən Əlizamin Salayevin anası dövlət başçısı və onun xanımına müraciət edib.
Şamama Salayeva müraciətində vurğulayıb ki, oğlunun həyatı təhlükə altındadır, onun ölümünə sayılı günlər qalıb. O, ölkə rəhbərliyindən xahiş edir ki, göz görə-görə övladının ölməsinə imkan verməsinlər.
“Məhkəmədə oğlumu ölümcül vəziyyətdə görəndən bu yana nə gecəm var, nə gündüzüm. Hər dəqiqə o ağır xəbəri alacağım qorxusuyla yaşayıram. Bir ana üçün bu sözlə ifadə olunmayacaq qədər ağır əzabdır. Sizdən bir ana olaraq xahiş edirəm, məni bu əzabdan qurtarın. Ciyərim yanır…”.
Əlizamin Salayevin himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu yada salan Şamama Salayeva bildirir ki, o qız belə, məhkəmədə atasının durumunu görəndən sonra yemək yeyə bilmir:
“Oğlumun yoldaşının, qızının üzünə baxa bilmirəm. Xahiş edirəm, buraxın onu, yarımcan vəziyyətdə də olsa, gəlsin ailəsinin üstünə…”
Əlizamin Salayev 2023-cü il fevralın 7-də həbs olunub. Qaradağ rayonu, “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsi təhqir etməkdə, vurmaqda və bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən AXCP fəalına qarşı CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Lakin o, bu ittihamın yalan olduğunu bildirir, heç kimi vurmadığını, üstündə ümumiyyətlə, bıçaq olmadığını bildirir.
“Əgər mən kimisə bıçaqlamışamsa, heç kişilikdə payım yoxdur”, – Əlizamin Salayev məhkəmədə belə deyib.
Onun sözlərinə görə, Salyan rayonuna qayıtmaq üçün əvvəldən danışdığı taksiyə minmək üçün həmin əraziyə gəlib. Həmin vaxt bir nəfər tanımadığı şəxs söyüş söyə-söyə üstünə gəlib. Baş verənlərin təxribat olduğunu dərhal anlayıb və həmin adamı itələyib oradan uzaqlaşmaq istəyəndə isə kənardan xeyli sayda mülki geyimli polis onu saxlayıb.
Əlizamin Salayevin sözlərinə görə, ərazidəki çoxsaylı kamera görüntülərinə baxış keçirilsə, dediklərinin doğru olduğu sübut olunar.
Lakin vəkilin sorğusuna Daxili İşlər Nazirliyindən cavab verilib ki, həmin vaxt o ərazidəki kameraların heç biri işləməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Azadliq.info

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button