2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saatRedaktorun seçimi

10,5 MİLYARD AVRO RÜŞVƏT?! – ABŞ sanksiyalarının bədəli?…

Putin və Seçin Trampa «Rosneft» səhmlərinin 19,5 faizini «bağışlayıb»?

 

Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin bir müddət əvvəl vəzifəsindən azad olunaraq, həbs edilməsi və onun həbs olunmuş sərvətinin məbləği (564 milyon rubl) barədə bu gün yayılan məlumatların fonunda, elə bu gün «Exo Moskvı» radiosunun saytında dərc olunmuş bir material ((Андрей Илларионов, «Взятка на 10,5 млрд. евро? Путин и Сечин подарили Трампу 19,5%  акций «Роснефти»?») diqqətimi çəkdi. Hörmətli oxucularımız üçün də maraqlı olacağı ümidilə, mətni dilimizə çevirib dərc etmək qərarına gəldim…

Tərcüməyə keçməzdən əvvəl bəzi düşüncələrimi əldə olan məlumatlara əlavə etmək istərdim. Hələ 2-3 il bundan əvvəl (daha doğrusu, Krımın ilhaqından sonrakı dövr) – Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşdiyi mərhələdə elə həmin «Exo Moskva»nın saytında Vladimir Putinin DTK-da birbaşa rəisi olmuş generalla müsahibəni qısa ixtisarla dilimizə çevirib «AzPolitika.info» saytında dərc etmişdik. Həmin müsahəibədən öyrəndim ki, ötən əsrin 80-ci illərində Rusiyanın hazırkı Prezidenti Vladimir Putin DTK-nın mayoru olub və Almaniyada fəaliyyət göstərib. Eyni zamanda, açıq mənbələrdə göstərilirdi ki, həmin DTK mayoru «ikili agent» olub…

Saytların yığılması Saytlarin yigilmasi

Krım dartışmasının başlandığı – Rusiya ilə ABŞ arasında münasibətlərin yenicə pozulduğu mərhələdə bəzi ABŞ siyasətçiləri ən müxtəlif kanallarla belə bir fikri tirajlayıdılar ki, Yeltsin dövründə Putinin siyasət aləmində sıçrayışlı yüksəlişi ABŞ tərəfindən diqqətlə izlənib və Amerika onun triumfuna mane olmayıb, hərçənd ki, ola bilərdi. Bunun ardınca, ötən əsrin Qərbi Almaniyası (AFR) adlı dövlətin kəşfiyyat qurumları barədə əldə olan məlumatları səhifələdikcə, məlum oldu ki, AFR-in müharibədən sonrakı kəşfiyyat qurumu əslində, ABŞ-ın himayəsi altında yaradılıb və ona xidmət göstərib. Bu məlumatları incələdikcə, belə bir təsəvvür yaranır ki, Putinin siyasət aləmindəki triumfu ABŞ-la hansısa bağlılıqdan xali deyil – əks təqdirdə, ABŞ onun Rusiya hakimiyyətinin başına keçməsinə imkan verməzdi və ya ən azı, buna mane olardı…

Putin-Tramp2

İndi isə dünya KİV-i Putinin (Rusiyanın) Donald Trampla hansısa gizli əlaqələrindən bəhs edir. Buna da ötəri diqqət yetirdim. Açıq mənbələrdən öyrəndim ki, Trampın atası Fred Krist Tramp Almaniya mənşəlidir, anası Meri Enn Maklaud isə əslən şotlandiyalıdır (Böyük Britaniya). Trampın həyat yoldaşı İvana Mari Tramp Çexoslavakiya mənşəlidir – 20 fevral 1949-cu ildə Qotvaldda (Çexoslavakiya) anadan olub. İvana sonradan Trampdan boşanıb, başqa birisi ilə həyat qurub…

Bütün bunları nə üçün sadalayıram? Bu ötəri məlumatlardan aydın olur ki, Donald Trampın ailəsi bütünlüklə Qərbi Avroralıdır. Amma indi o, ABŞ adlı qüdrətli bir dövlətin başçısıdır. İndi isə hörmətli oxucuların diqqətini «Almaniya-Şotlandiya-Çexoslavakiya-Rusiya-Almaniya-ABŞ» vektoruna yönəltmək istəyirəm – deməyi bizdən, yozmağı sizdən…

Keçirəm tərcüməyə. Müəllif Andrey İllarionov (iqtisadçıdır) yazır:

«Kəşfiyyat şöbəsinin məruzəsi, 2016/134, 18 oktyabr 2016, s. 30»:
2. Danışıqların məzmununa gəlincə, SEÇİNin köməkçisi xəbər verib ki, «Rosneft»in prezidenti Qərbin şirkət üzərinə qoyduğu şəxsi və korporativ sanksiyaların götürülməsində o dərəcədə maraqlıdır ki, o, «brokerlik» əvəzində «Rosneft»in «özəlləşdirilmiş» səhm paketinin 19,0 faizini TRAMPın köməkçisinə təklif edib. «Ünvan» maraq göstərib və təsdiqləyib ki, əgər Tpamp prezident seçilsə, o zaman antirusiya sanksiyaları aradan götürüləcək (dəqqət yetirin, söhbət «Rosneft»in özəlləşdirilmiş səhmlərindən gedir – bu, Ulyukayevi «güdaza verən» həmin «Başneft» səhmləri deyil ki?).

Moskva, Kreml, 7 dekabr 2016 il, saat 22:00:

V.Putin: İqor İvanoviç, bizim aparıcı neftqaz şirkətimizin nəhəng səhm paketinin 19,5 faizinin özəlləşdirilməsi üzrə sövdənin reallaşması münasibətilə Sizi təbrik etmək istəyirəm. Sövdə, neftin qiymətinin yüksəliş trendində həyata keçirildi. Uyğun olaraq, bu, şirkətin özünün qiymətinə təsir göstərəcək.

Bu mənada, vaxt çox uğurlu oldu. Həm də sövdənin ümumi həcmi kifayət qədər böyükdür – 10,5 milyard avro… bu, nəhəng özəlləşdirmə sövdəsidir, ötən 2016-cı ildə dünyanın neftqaz sektorunda nəhəng satış və alış sövdəsidir.
Çox ümid edirəm ki, yeni investorların gəlişi… idarəetmə orqanlarına gəlişi korporativ prosedurları, şirkətin şəffaflığını yaxşılaşdıracaq və uyğun olaraq, son nəticədə kapitallaşmanın artmasına gətirib çıxaracaq. Tamlıqla, çox yaxşı nəticədir. Sizin hamınızı, sizin bu istiqamətdə işləyən həmkarlarınızı (görünür ki, Ulyukayev bu istiqamətdə işləmək istəməyib! – M.A.) bu nəticəyə görə, təbrik etmək istəyirəm…

Biz, sizinlə bilirik ki, son nəticədə, büdcəyə pul köçürməli olan «Rosneftqaz» şirkətinin rubl hesablı kifayət qədər resursları var.

V.Putin: Və bizim investorları, yeni iştirakçıları və şirkətin səhmdarlarını Rusiyaya dəvət edin. Biz onları yüksək hökumət səviyyəsində qəbul edərik.

V.Putinin böyük mətbua konfransı, 23 dekabr 2016-cı il:

V.Putin: … Bəli, belə ehtiyat var – «Rosneftqaz»ın pulları. Ancaq onlar mütləq şəffafdır, orada şəffaf olmayan heç nə yoxdur. Onlar hamısı hökumətin nəzarəti altındadır. Və nə zaman ki, hökumət diqqət yetirilməli olan prioritetlərin varlığını yaddan çıxarır, o zaman bəzi işləri biz, buradan maliyyələşdiririk…
Bax, belə işlərə – son nəticədə mübahsə və davadan sonra hökumətin pulu olmadığı təqdirdə, maliyyələşdirmə işlərinə «Rosneftqaz»ın vəsaitlərindən istifadə edəcəyik. Tamam! Sizə çox sağ ol! Yeni iliniz mübarək! Səbr etdiyiniz üçün çox sağ olun! Uğurlar!

10 yanvar 2017-ci il:
Hökumət, Direktorlar Şurasına «Rosneft»in icraçı direktoru İqor Seçinin rəhbərlik etdiyi «Rosneftqaz»a öz maliyyə göstəricilərini açıqlamamağa icazə verib. Şirkətin hesablarında 600 milyard rubl cəmləşə bilər.
2016-cı ildə «Rosneftqaz» açıq səhmdar cəmiyyət (ASC) olub və hər il özünün maliyyə hesabatını mühasibat uçotunun Rusiya standatlarına uyğun şəkildə dərc edib. Ancaq ötən il özünün təşkilati-hüquqi formasını dəyişdi və səhmdar cəmiyyət (SC) oldu. SC forması şirkətə imkan verir ki, səhmdarların icazəsi olmadan, özünün maliyyə hesabatını dərc etməsin…

Rusiya Federasiyası Prezidentinin bəyanatı, 30 dekabr 2016 il:
Cavab hüququnu özümüzdə saxlamaq şərti ilə biz, «mətbəx diplomatiyası», məsuliyyətsiz diplomatiya səviyyəsinə enməyəcəyik və Rusiya-ABŞ münasibətlərinin barpası istiqamətindəki gələcək addımları Prezident Donald Trampın administrasiyasının siyasətinə uyğun olaraq atacağıq…

Biz, Amerika diplomatları üçün problem yaratmayacağıq. Biz heç kimi ölkədən çıxarmayacağıq. Biz, onların ailələrinə və uşaqlarına Yeni il bayramını adət etdikləri yerlərdə keçirməyi qadağan etməyəcəyik. Üstəlik də Rusiyada akkreditə olunmuş bütün Amerikalı diplomatların uşaqlarını Kremldəki Yeni il və Mövlud bayramı şənliklərinə dəvət edirəm.
Yeni seçilmiş Prezident D.Trampı və bütün Amerika xalqını da təbrik edirəm! Hamıya əminamanlıq və çiçəklənmə arzulayıram!»

Bax, belə… Yazıq Ulyukayev!

Mirzə AĞ
AzPolitika.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button