2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

11 ayda 6 tondan çox narkotik vasitə müsadiə edilib

Bakı/15.12.21 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası 2021-ci ilin 11 ayının yekununa dair məlumatları açıqlayıb.

Komissiyanın dekabrın 15-də açıqladığı məlumata görə, bu istiqamətdə 11 ayda   8095 cinayət faktı aşkarlanıb. Onlardan 3066-sı narkotik vasitələrin qanunsuz satışı, 4553-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 375-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 101-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə ş  6 ton 582 kq 702 qr narkotik vasitə müsadirə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bəhs olunan dövrdə 810,469 hektar sahədən çəkisi 174 ton 970 kq olan 433716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5725 nəfər cəlb edilib.

Məlumatda vurğulanır ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 62 nəfəri xarici ölkə vətəndaşıdır. Onların  24-ü İran İslam Respublikası, 12-si Gürcüstan, 14-ü Rusiya, 7-si Türkiyə, 3-ü Ukrayna,  1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olub.

2021-ci ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 582 kq 702qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 190 milyon  AZN (111 milyon ABŞ dolları) kimi qiymətləndirilir. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button