2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''11 min gənc əmək bazarına natamam təhsillə daxil olur''

Rövşən Ağayev: ”Deyəsən Azərbaycanın təhsil statistikası təhsildən yayınmanı uçota almır”

Saytların yığılması Saytlarin yigilmasi

“11 min nəfər 15 yaşlı gənc natamam orta təhsillə əmək bazarına daxil olur”, – iqtisadçı Rövşən Ağayev belə hesablayıb. 

Deyir, rəsmi məlumata görə, bu il 11-ci sinfi 84 min şagird bitirir. 2015-ci ildə bu uşaqlar 9-cu sinfi bitirmişdilər və o zaman onların sayı 108.9 min nəfər olmuşdu. Həmin il bu şagirdlərin 13.9 min nəfəri orta ixtisas və peşə məktəblərinə daxil olmuşdu: 

“Orta məktəbi yerdə qalan 95 min nəfərdən 84 min şagirdin bitirməsi o deməkdir ki, 11 min nəfər 15 yaşlı gənc natamam orta təhsillə əmək bazarına daxil olur”.  

İqtisadçının hesablamaları Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara əsaslanır. Bildirir ki, statistika bununla da bitmir: 

“Uşaqların müəyyən hissəsinin isə 9-cu sinfə qədər təhsildən yayınmasını ehtimal etmək üçün müəyyən əsaslar var. Reallıq budur ki, Azərbaycanın təhsil statistikası təhsildənyayınmanı ya tam uçota almır, ya da bu məlumatları ictimailəşdirmir”. 

Rövşən Ağayev deyir ki, 2000-ci ildə anadan olan uşaqların sayı 117 min nəfərdir. Ancaq 2015-ci ildə 9-cu sinfi 108.9 min nəfər bitirib. Uşaqların sayı arasında fərq ibtidai təhsildən başlayaraq natamam orta təhsil pilləsini bitirənədək olan dövrdə təxminən 8 min nəfərədək uşağın təhsildən yayınması faktını ən azı araşdırma üçün diqqətə almanı zəruri edir: 

“Bu azalmada xaricə miqrasiya faktının təsiri istisnadır – çünki rəsmi məlumata görə, son 15 ildə Azərbaycanda 15 yaşadək uşaqların miqrasiya səviyyəsi həm aşağı olub, həm də bu yaşda ölkəyə kənardan gələnlərin sayı gedənlərin sayını kompensasiya edib. Rəsmi statistika 15 yaşadək uşaqlar arasında ölüm əmsalının son dərəcə aşağı olduğunu və bu amilin də təsirinin nəzərə alınmayacaq səviyyədə az olduğunu deməyə əsas verir. 

Bir sözlə, hər il doğulan 110-115 min uşağın təxminən 20 min (17-18 faiz) nəfərinin ibtidai və 9 illik təhsil bazasından əmək bazarına daxil olması yaxşı göstərici deyil”. 

İqtisadçı əlavə edir ki, 17-18 yaşlı uşaqların tam orta təhsillə əhatə səviyyəsinin ən azı 90 faizə çatdırılması hökumətin qəbul etdiyi strateji yol xəritəsində insan kapitalının inkişafı ilə bağlı hissədə strateji hədəflərindən biri kimi müəyyən edilməli idi.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button