2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

112 saylı dairəyə növbədənkənar saxtakarlıq ittihamı

Komissiya üzvləri maaş karlarının yığıldığını iddia edir, DSK sədri Abdulkərim Əliyev isə təkzib edir: “Hələ bankdan kartlar götürülməyib”

“112 saylı saylı Qax Seçki Dairəsinə aid olan məntəqələrdə komissiya üzvlərindən maaş kartı yığılıb. Maaşı məntəqə komissiyasının sədrləri çıxarır, yarısını aparıb Dairə Seçki Komissiyasının sədrinə verir, yarısını isə komissiya üzvlərinə. Bu qədər əziyyət çəkirik, əməkhaqqımızı da vermirlər. Sonra da bizdən səsvermə nəticəsi istəyəcəklər”. Bunu 24saat.org saytına 112 saylı DSK-ya aid olan məntəqələrdən birinin üzvü məlumat verib.
24saat.org məsələ ilə bağlı 112 saylı DSK-nın sədri ilə əlaqə saxlayıb. DSK sədri Abdulkərim Əliyev məlumaın həqiqəti əks edirmədiyini bildirib. “Biz hələ heç kimə nə maaş yazmamaışıq, nə də maaş verməmişik. Hətta heç işçilərin maaşı da “Kapital Bank”dan gəlməyib. Hələ bankdan kartlar götürülmədiyi halda, hansı kartın yığılmasından söhbət gedə bilər?”
DSK sədri məqsədli şəkildə sayta yanlış məlumat verildiyini ehtimal ediyini vurğulayıb: “Xüsusilə də, bu, prezident seçkiləridir. Burada hər bir adamın öz məsuliyyəti var”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button