2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

115 yeni yoluxma aşkarlanıb, 3 ölüm


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

115 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 201 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan fevralın 6-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda indiyədək ümumilikdə 231022 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224961 nəfər sağalıb, 3156 nəfər vəfat edib, aktiv xəstə sayı 2905 nəfərdir”.

Qurumdan açıqlamaya görə, ölkədə son sutka ərzində 6582, hazırkı dövrədək isə ümumilikdə 2446300 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button