2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

118 yeni yoluxma aşkarlanıb, 13 ölüm 


Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 118 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 503 nəfər sağalıb.

Bu məlumatı bugün, yanvarın 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 13 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“İndiyədək Azərbaycanda ümumilikdə 227 min 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 min771 nəfər sağalıb, 3022 nəfər vəfat edib, aktiv xəstə sayı 8598 nəfərdir”.

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 3399, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 321 min 592 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

 

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button