Loading...
Loading...
İqtisadiyyat

12 bank və Mərkəzi Bank dollar aldı

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 27,8 milyon ABŞ dolları məbləğində vəsait 12 banka və 20 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılmışdır.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

Hərracda Mərkəzi Bank alıcı kimi çıxış etdiyindən və təklifin yarısından çoxu alındığından USD/AZN məzənnəsinin yüngül artacağı gözlənilir.

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma
Back to top button