AZ24SAAT.ORG

Now Reading:
12 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamına 9 illik həbs cəzası verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C. Canıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb.

C. Canıyev ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.