Gündəm

13 saylı Cəzaçəkmə Müəssisəsində su problemi

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində su təchizatı ilə bağlı problemlərin olduğu barədə məlumatları təkzib edir.

Məsələni diqqət mərkəzinə çəkən məhbus İlkin Rüstəmzadənin anası olub. O, iyunun 7-də müəssisəsənin 3 gün susuz qaldığını bildirib.

Cümə günü BBC Azərbaycancaya danışan Atlas Hüseynova təchizatın bərpa olunduğunu desə də, zəif təzyiqə görə su çatışmazlığı yarandığını da qeyd edib.

Atlas Hüseynova, buna görə məhbusların vaxtında çimə bilmədiyini, ayaqyoluna növbə ilə getdiyini və antisanitariyanın yarandığını bildirir.

“Hamam həftədə bir dəfə, bu yayın günündə, istidə. Üfunətdir, iyindən baraka girmək olmur.”

İddiaları şərh edən Penitensiar Xidmətin (PX) nümayəndəsi 3 gün əvvəl qısa müddətli problemin müşahidə olunduğunu etiraf etsə də, hazırda suyun adi qaydada verildiyini deyir.

“3 gün bundan qabaq olan məsələdir. İki saatlıq profilaktika işləri aparılıb. Amma su kəsilməyib. Sadəcə olaraq təzyiq aşağı düşüb. İndi təchizat bərpa olunub”- PX mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov BBC Azərbaycancaya belə deyib.

Mehman Sadıqov antisanitariya barədə iddiaları da qəbul etmir.

“Antisanitariyadan söhbət gedə bilməz. Təmizliyə gecə-gündüz məhkumlar riayət edir. Onlar süpürür və yuyurlar. Bizim əməkdaşlarımız da məhbuslar tərəfindən təmizliyə riayət olunmasını gözləyirlər”.

Bu arada Atlas Hüseynova deyir ki, məsələni internetdə paylaşdıqdan sonra hamı bir-birini təqsirləndirir.

Məişət problemlərilə bağlı 13 saylı çəzaçəkmə müəssisəsinin adı əvvəl də hallandırılıb.

2016-cı ilin əvvəlində burada cəza çəkən məhkumlar istilik sistemi ilə bağlı problemlərin yaşandığını bildiriblər.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close