Gündəm
1300-ə yaxın partlamamış sursat tapılıb
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cəbhə bölgəsində partlamamış hərbi sursatların (PHS) tapılıb zərərsizləşdirilməsini davam etdirir.
Agentlikdən «Report»a bildiriblər ki, aprelin 26-da 5 ev, 1 tibb məntəqəsi, 20 partlayış yeri yoxlanıb. 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Aprelin 25-də isə işarələnmiş 1 ədəd mina zərərsizləşdirilib .
Agentlik bildirir ki, 20 gün ərzində 1289 partlamamış hərbi sursat, 10 mina aşkar edilib.