2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Avropa oyunları

2015 -ci ilin iyunu.

Yəqin ki, Azərbaycan tarixində ən çox kütləvi pul silinmə dövrü kimi qalacaq. Bu tarixdə Azərbaycanda Avropa Oyunları keçirildi. Bu günə qədər oyunlara xərclənən büdcə ilə bağlı müxtəlif rəqəmlər səslənib. Dövlət rəsmiləri oyunların “əməliyyat xərcləri” üçün 2015-ci ilin dövlət büdcəsindən 1 milyard manat ayrıldığını deyir. Ancaq mütəxəsislər bu rəqəmin 5 milyard manata yaxın olduğunu göstərib, çünki ötən illərin büdcəsindən də Avropa oyunlarına hazırlıq prosesinə vəsait ayrılıb. Tarixdə ilk dəfədir ki, keçirilən bir yarışa bu qədər məbləği məntiqli hesab eləmək olarmı? Təkcə Lady Gaga adlı dünyaca tanınmış müğənninin mərasimdə iştirakı üçün 2 milyon dollar xərc çəkildiyi bildirilir. Səbəb? Nəyə lazımdır bu? Azərbaycanı tanıtmaq üçün? Azərbaycanın nəyini tanıtmağa çalışır ki, bu hökümət? Bunlar anlamır yəqin. Dünyada hər kəs internetdən istifadə edir və insanlar reklam olunan, gözə soxulan, tanıdılan hər şeyi araşdırır. Tutaq ki, Avropa Oyunları ilə Azərbaycan haqqında eşitməyənlər də eşitdi. Sonra? Kiçik bir araşdırma ilə öyrənəcəklər ki, Azərbaycan adlı məmləkətdə yüzlərlə siyasi məhbus var. İnsanlar ehtiyac içində yaşayır. Freedom House kimi təşkilatlar ölkədə insan haqlarının vəziyyətinin indeksini ildən ilə aşağı salır. Şimali Koreya kimi, Kim Çen kimi tanınmaq üçün çəkilir bu qədər xərc? Siz hələ oyunların keçirilməsi planlaşdırılandan başlayan xərclərə baxın, hələ 2014 cü ildən Bakı Olimpiya Stadionu 280 milyon manat, Avropa oyunları parkının tikintisi 150 milyon manat, Bakıda Su İdman sarayının layihələndirilməsi və tikintisi 190 milyon manat, Stend atıcılığı üzrə kompleksin sökülərək yenidən qurulması 70 milyon, Gimnastika kompleksinin tikintisi 79,739 milyon manat, Mingəçevirdə kanoe idman yarışları üçün “Kür” olimpiya idman tədris mərkəzində əlavə işlərin yerinə yetirilməsi 9.5 milyon manat, Heydər Əliyev adına idman-konsert kompleksinin yenidən əsaslı təmiri – 36,7 milyon manat, Əl Oyunları Sarayının əsaslı təmiri – 27 milyon manat VƏ SAİR VƏ İLAXIR. Amma ölkədə təqaüdçü 120 manat, Qarabağ qazisi 25 manat, orta məktəb müəllimi maksimum 180 manat. Budurmu ağıllı idarəçilik, uzaqgörən siyasət? Ac təqaüdçü oyunlara baxa baxa köçəcək bu dünyadan. Niyə? Yaxşı idarəçiliyi, siyasəti qoyaq bir tərəfə. Bəs ədalət, bu rəhbərlərin ədaləti, vicdanı necə yol verir? Deməli yoxdur, olmayan şey necə incitsin ki, insanı. Bir gün xalq o milyonların hesabın soracaq. Amma bunu o imkansızlıqdan ölən təqaüdçülər, doğulmayan körpələr, ömrü həbsxalanalarda haqsız ittihamlarla ziyan olan məhbuslar görməyəcəklər. Bunların hesabı isə daha ağır olacaq, gec amma güc olacaq. Mən buna inanıram…

Anar Həsənov

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button