2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

1394 yeni yoluxma aşkarlanıb

Azərbaycanda son sutkada 1394 koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma halı qeydə alınıb, bu virusa yoluxanlardan 1791 nəfəri sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 5-də yaydığı məlumatda belə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, analiz nümunələri pozitiv çıxan 20 nəfər ölüb.

Operativ Qərargahın açıqlamasında bildirilir ki, indiyədək ölkədə ümumilikdə 596 min 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. İndiyə qədər virusa yoluxanlardan 564 min 577 nəfəri sağalıb, 7 min 967 nəfər vəfat edib, aktiv xəstə sayı 23 min 844-ə düşüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button