2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

“Kanal-13” Youtube kanalının əməkdaşı Əvəz Hafizli döyülüb

Bakı/29.09.21 Dünən axşam “Kanal-13” Youtube kanalının jurnalisti Əvəz Hafizli vəzifə öhdəliklərini yerinə yetirərkən “Dəyirman” restoranının mühafizəçisi tərəfindən döyülüb.

Bakının Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən restoran təntənəli açılış mərasimi keçirirdi. Tədbirə yüksək vəzifəli məmurlar gəlirdi, bu, bahalı xidməti avtomobillərin nömrələrindən görünürdü. Bu zaman restoranın qapısı bağlı idi, yalnız mühafizəçiyə zəng gəldikdən sonra açılırdı, deyə Hafizli Turan-a bildirib.

O, oraya restoranın Bakının Yasamal rayon İcra Hakimiyyətinin başçısı Eldar Həsənova məxsus olduğunu bildirən oxucunun məlumatı əsasında gedib. Hafizli restoran kompleksinin hüdudlarından kənarda, dəmir barmaqlıqların yanında dayanaraq, mühafizəçilərdən müəssisənin sahibinin Yasamal rayon icra başçısı olub-olmadığını və sadə ziyarətçilərin içəri buraxılmamasının səbəbini soruşurdu. Dialoqla eyni zamanda videoreportaj çəkilirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Videogörüntülərdə qısa dialoqdan sonra mühafizəçinin jurnalistə qarşı fiziki gücə əl atdığı və çəkilişin dayandırıldığı görünür.

Hafizlinin Turan-a verdiyi məlumata görə, zorakılıq restorandan gələn göstərişdən sonra tətbiq edilib. Mühafizəçilər jurnalisti restoranın kazinosunun yaxınlığında hasarlanmış həyətin içinə aparıblar. Bir telefonu əlindən alıblar, jurnalist ikinci telefonunu əvvəlcədən gizlətmişdi. Xəbərdarlıq ediblər ki, telefonu qaytarmaya, onun yerinə ona bahalı Ayfon hədiyyə edə bilərlər. Daha sonra jurnalistə rüşvət təklif olunub, Hafizli bu sövdələşmə ilə razılaşmayıb və onu buraxmağı, ona məxsus olan telefonu qaytarmağı tələb edib. Bu zaman razılaşdırma cəhdləri şüşədən və müvafiq dairələrdə istifadə olunan digər zorakılıq vasitələrindən istifadə etmək təhdidləri ilə əvəz olunub.

Jurnalist hasarın yaxınlığından keçənləri köməyə çağırıb. 102 nömrəsinə zəng edib. Hadisə yerinə gələn polis dəstəsi Hafizlini və restoran işçilərindən birini Binəqədi Rayon Polis İdarəsinin 5 saylı polis bölməsinə aparıblar. Orada hər iki tərəf yazılı ifadə verib, bu arada fürsət tapan restoran nümayəndəsi yenidənn jurnalisti təhdid edib və münaqişəni sülh yolu ilə həll etməyə razılaşdırmağa çalışıb.

Səhər polis bölməsindən çıxan Hafizli Travmatologiya İnstitutuna gəlib, burada həyata keçirilən rentgen müayinəsindən sonra qolunda sınıq aşkar edilib. Həkimlər jurnalistin qolunu gipsə qoyublar.

Jurnalist evdə zorakılığın araşdırılması və təqsirkarların cəzalandırılması xahişi ilə ərizə yazıb DİN-ə göndərdiyini bildirib.

DİN-in mətbuat xidmətindən və “Dəyirman” restoranından şərh almaq mümkün olmayıb. Reportajın və jurnalistə qarşı zorakılığın videogörüntülərini aşağıdakı linkdə izləyə bilərsiniz: https://www.facebook.com/avaz.mamadov.1

Mənbə:Turan
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button