Now Reading:
15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

“Köməyinizə, daha doğrusu məsləhətinizə ehtiyacım var. Evdə qaz gah gəlir, gah kəsilir və yenidən yandırdıqda güclənir. Qazın verilişi stabil deyil. Qonşularım da həmçinin bu problemdən şikayətçidirlər”.

24saat.org-un xəbərinə görə,, bunu “Kristal Abşeron” şirkətinin Xırdalandakı binalarından birində yaşayan Sevinc Məmmədova yazıb.

Onun sözlərinə görə, evlərə qaz dolur: “Ətraf yaşayış ərazilərində bu hal müşahidə olunmur. Binanın örtüyü penoplast olduğu üçün daha da təhlükəli bir vəziyyət yaranıb.

Qeyd edim ki, sakini olduğum yaşayış kompleksində kommunal xidmətlər MTK tərəfindən həyata keçirilir.

Hansı idarə və hansı səlahiyyətli şəxsə müraciət etməliyəm? Evimdə bu səbəbdən qəza baş verərsə kim cavabdeh olacaq – MTK, qaz idarəsi, yoxsa FHN??? Kimin yaxasından yapışmalıyam?”

24saat.org-un xəbərinə görə, “Kristal Abşeron” istilik pulunu kvadrat metri üçün 0.40 qəpikdən 0.70 qəpiyə qaldırıb.
Şirkət rəhbərliyi bunu mavi yanacağın tarifinin artması ilə əlaqələndirməyə çalışıb. Bununla sakinlər həm mənzilində işlətdiyi qazın, həm də şirkətin xərclərini ödəməyə məhkum olunub.

Bundan əlavə, “Kristal Abşeron” ikinci devalvasiyadan sonra payçıların başına müsibət gətirib. Şirkət sakinləri kredit ödənişlərini dollarla etməyə məhkum edib.

Müqavilədə məzənnə amilini göstərməklə hiyləgərliyə əl atmış tikinti şirkəti indi 50 kvadrat evdən 110 mindən çox pul qazanır. Bu dələduzluq azmış kimi, indi də isti suyun qiymətini artırmaqla insanları çətinə salırlar.
Bu şirkət deputat Ağalar Vəliyevə məxsusdur. Deputat birbaşa prezidentin daxili siyasətinə zidd addımlar atmaqla cibini doldurmağı düşünür.

Input your search keywords and press Enter.