2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

“15 saylı CÇM-in ərazisindəki stadion satılıb”

Penitensiar Xidmətin 15 sayı cəzaçəkmə müəssisəsində (CÇM) yerləşən stadionun ərazisi satılıb. Bu barədə Az24saat.org saytına müəssisədə cəza çəkən dustaqlardan birinin yaxını məlumat verib. Onun sözlərinə görə, CÇM-in ərazisində dustaqların idman etməsi üçün nəzərdə tutulan stadion müəssisə rəhbərliyi tərəfindən türk iş adamına satılıb. Hazırda həmin ərazidə parket sexi fəaliyyət göstərir. Bu məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənməyə çalışacağıq. Qeyd edək ki, 15 sayı CÇM-də son günlər vəziyyətin gərgin olduğu barədə də sosial şəbəkələrdə və mediada məlumatlar yayılıb. Məlumata görə, 15 saylı CÇM-də yeni təyin olunan rəis dustaqlara təzyiq göstərir, bir dustağın döyülərək ağır vəziyyətə olduğu bildirilir. Qeyd olunur ki, rəisin bu addımlarının səbəbi maddi maraqdan irəli gəlir və həbsxanada gərginlik davam edir. Penitensiar Xidmət isə yayılan məlumatları təkzib edərək, həqiqət olmadığını bildirib. Xidmətdən Bizimyol.info saytına bildiriblər ki, sözügedən cəzaçəkmə müəssisəində heç bir işgəncə faktı qeydə alınmayıb və müəssisə öz normal fəaliyyətini davam etdirir: “Əgər işgəncə ilə bağlı hansısa fakt varsa, qanunvericiliyə uyğun olaraq, məhbusun özünün və ya yaxınlarının yuxarı instansiyalara müraciət edərək, araşdırılmasını tələb etmək hüququ var ” – deyə Penitensiar Xidmətdən verilən açıqlamada bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button