2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

15 yaşında bəkirəliyini Atatürkə verən Amerikalı aktrisa: “mənimlə dəli kimi sevişdi…”

Amerikalı məşhur aktrisa Ja Ja Qabor vəfat edib. Femida.az xəbər verir ki, uzun müddət evində müalicə alan aktrisanın qəflətən halı pisləşib. Qabor dərhal xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Məşhur aktrisa 99 yaşında vəfat edib. Xatırladaq ki, aktrisanın 2011-ci ildə ayağının biri amputasiya olunub.
Qeyd edək ki, amerikalı aktrisa Ja Ja Qabor 1917-ci ildə Los-Ancelsdə anadan olub. 1936-cı ildə “Macarıstan gözəli” adına layiq görülüb. 1950-ci illərin seks-simvolu sayılan Qaborun həyatının ən çox müzakirə olunan tərəfi onun evlilikləridir. Səkkiz dəfə ailə həyatı quran aktrisanın ilk həyat yoldaşı türk siyasətçi Asaf Belge olub. Asaf Belge ilə 1941-ci ildə boşanan aktrisa bu evlilikdən sonra 7 dəfə evlənib. 1949-cu ildə isə Corc Sanderslə ailə həyatı qurub. Daha sonra Konrad Hilton ilə ailə həyatı quran Ja Ja Qaborun son evliliyi özündən 30 yaş kiçik Frederik Prins ilə olub.
 
ATATÜRKÜN SEVDİYİ QADIN
Onun həyatı ilə bağlı ən maraqlı məqamlardan biri, Qaborun Türkiyə lideri Atatürklə olan sevgi münasibətinin olmasıdır. Qabor 1991-ci ildə çap olunan “Həyat bəs etmir” adlı kitabında 1937-ci ildə Ankaraya gəldiyini və Atatürklə görüşündən sonra ona aşiq olduğundan bəhs edir.
Ja Ja Qaboru dostu olan Vendi Ley də aktrisanın gəncliyində Atatürklə romantik bir münasibət yaşadıqlarını, bu münasibətlərin xatirəsi olaraq Atatürkün ona yaqut qaşlarla bəzədilmiş “Fatmanın əli” zinət əşyasını hədiyyə etdiyini deyib.
 
“15 YAŞINDA BEKARƏTİMİ ATATÜRKƏ VERDİM
Qaborun özü isə Atatürklə olan münasibəti belə xatırlayır: “Açılan böyük qapıdan içəri girdim. Həyəcandan qəlbim çox sürətlə döyünürdü. Mərmər daşlarla döşənmiş yoldan keçərək bağçanın küncündəki evə daxil oldum. Çox böyük bir zeytun ağacı bütün evə kölgə salmışdı. Sanki hipnoz olmuşdum. Üst mərtəbəyə qalxmağa başladım. Atatürk əl işləmələriylə bəzədilmiş böyük bir kürsüdə oturmuşdu. Arxası mənə idi. Yavaş-yavaş qəlyan çəkirdi… Atatürk Tanrının insanlığa göndərdiyi böyük bir xilaskardır. Siyasi lider və qorxusuz bir döyüşçü idi. O yarı insan, yarı tanrı idi. Orta yaşlarından bəri Atatürkün seksual aktivliyi yaxın ətrafına məlum idi. Üzümə baxmadan yanında yerləşən qırmızı kürsüdə oturmağımı əmr etdi. Qəlyanı mənə doğru uzatdı və çəkməyimi istədi. Dumanı içimə çəkdim.
Digər əlində tutduğu türk rakısını qurtumlayaraq içdim. Bunu ilk dəfədir ki, açıqlayıram. Rəqs edən rəqqasələrin otaqdan çıxmağını əmr etdi. İkilikdə qalmışdıq. Hələ 15 yaşım var idi. Uşaq hesab oluna biləcək qədər gənc sayılırdım. Atatürk isə 56 yaşında bir şəxsiyyət idi. Buna baxmayaraq, qətiyyən heç bir qoxu hiss etmirdim. Türk rakısının verdiyi həzlə özümü yuxuda hiss edirdim. Atatürkə bakirəliyimi verdim. Atatürk mənim həyatımda olan ilk kişi idi. Şeytani bir cazibə ilə mənimlə dəli kimi sevişdi. O, gənc bir qadını necə xoşbəxt etmək lazım olduğunu çox yaxşı bilirdi. Atatürk hər ağlıma gələndə onun bütün qadınları xoşbəxt etmək iqtidarında olduğunu düşünürəm. Atatürk professionalcasına sevişən bir tanrı, bir kral idi…”
 
ATATÜRKÜN SİRRİNİ ÖZÜ İLƏ APARDI
Türkiyəli tarixçi Cezmi Yurtsever dünya tarixinin yenidən yazılmasını müzakirəyə çıxardığı “Şifrə” adlı kitabında Atatürk ilə məşhur aktrisa Ja Ja Qabor arasında yaşanan münasibətlərinə də toxunub. O, Mustafa Kamal Atatürkün İngilis kəşfiyyatının əli ilə Ja Ja Qabor tərəfindən öldürüldüyünü iddia edib. Tarixçi Atatürkün 1937-ci ildə Kərkük, Fələstin və Antakyaya təşkil edəcəyi hərbi hərəkatının qarşısını almaq üçün aktrisanı onun yanına göndərildiyini, Atatürkün sevgi tələsinə qurban getdiyini yazıb.
Tarixçi İngilis kəşfiyyatının öndə gedən casuslarından Gertrude Bell və Laurens ilə bağlı bəzi dosyaları araşdırarkən 1937-ci ildə Türkiyəyə gətirilən Ja Ja Qaborun Atatürk ilə tanış edildiyi haqqında məlumatlara rast gəlib. Türkiyə liderinin bu sevgi münasibətindən sonra xəstələndiyini qeyd edən Cezmi Yurtsevər, 1938-ci ildə Atatürkün ölümücül xəstə olduğunu deyib. Onu da deyək ki, Qaborun Atatürklə yaşadığı illərdə onun bacısı Maqda Qabor İngilis kəşfiyyatının məsul şəxsi, Xarici İşlər Nazirliyinin nümayəndəsi Erik Drimmer ilə evləndirilib ki, bu da müəmmalı məsələlərdəndir.
 
ABŞ PREZİDENTİNİN MƏŞUQƏSİ… 
Ja Ja Qaborun yazıçı dostu Vendi Ley özü haqqında danışdığı həyat hekayələrinin heç vaxt yalan olmadığını, onun təkcə Türkiyə lideri ilə deyil, həm də ABŞ-ın 37-ci prezidenti Riçard Niksonla da nikahdan kənar eşq macəraları yaşadığı deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button