2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

15 yaşlı yeniyetmə anasının qətlinə görə məhkəmə qarşısında

Yayımlandı: 7 Sentyabr 2022 15:27

Zərərçəkmiş tərəf ittihamın ağırlaşdırılmasını istəyir

Bakıda anasını qətlə yetirməkdə ittiham olunan 15 yaşlı İdeal Məmmədzadə məhkəmə qarşısına çıxarılıb. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham verilib. Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Amma zərərçəkmiş tərəf ittihamın ağırlaşdırılmasını – yeniyetməyə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülməsini istəyir. Bu maddədə isə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İdeal Məmmədzadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Zərərçəkmişin hüquqi varisi qismində mərhum Ülviyyə İsmayılovanın anası tanınıb. Onun özü məhkəmədə iştirak etməsə də, nümayəndəsi prosesə qatılıb. O, İdeal Məmmədzadənin əməlinin Cinayət Məcəlləsinin 120.2.4 maddəsinə tövsif olunması üçün istintaqa geri qaytarılmasını istəyib.

Prokuror zərərçəkmiş tərəfin bu vəsatətinə qarşı çıxıb. Dövlət ittihamçısı xatırladıb ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayıb. Qanunvericilik yetkinlik yaşına çatmayan şəxsə istənilən halda, 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir. Ona görə də hətta əməl başqa maddəyə tövsif olunsa belə, ona 10 ildən yuxarı cəza vermək mümkün deyil.

Təqsirləndirilən İdeal Məmmədzadə yetkinlik yaşına çatmadığına görə onun nümayəndəsi qismində prosesdə həm də atası iştirak edib. Atası da ittihamın ağırlaşdırılmasına etiraz edib, prokurorun mövqeyini müdafiə edib.

Onun vəkili isə məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Prokuror da bununla razılaşıb. Amma hakimlər məhkəmə prosesinin qapaılı keçirilməsi, ittihamın ağırlaşdırılması üçün işin istintaqa qaytarılması barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 20-də məhkəmədə ittiham aktı elan olunacaq, ardınca anasını öldürməkdə ittiham olunan yeniyetmə, zərərçəkmişin hüquqi varisi və şahidlər ifadə verəcək.

Hadisə aprelin 20-də günorta saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib. İttihama əsasən, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə anası – 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanı bıçaqla qətlə yetirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button