2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

“16 qəpiklik yumurta” və ya Almaniya ilə müqayisə – Eldar Əzizovun qiymətlərdən xəbəri yoxdur?

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunun sakinləri ilə görüşündə belə deyib: “Dünyada baş verən mürəkkəb proseslər, həmçinin Avropadakı müharibə səbəbindən dünya iqtisadiyyatı böyük sarsıntılar yaşayır. Belə ki, qlobal səviyyədə əsas qida məhsullarının qiymətlərində artım baş verir. Azərbaycan da dünya iqtisadiyyatına inteqrasiya edib, lakin Prezident İlham Əliyevin sosialyönümlü siyasəti nəticəsində neqativ proseslər ölkəmizdə o qədər də hiss edilmir”.

E.Əzizov bəzi qida məhsullarının qiymətini də digər ölkələrlə müqayisə edib. Məsələn, deyib ki, qədim dövrlərdən bəri əsas qida məhsulu sayılan çörəyin 1 kiloqramının qiyməti Almaniya və İtaliyada 6-7 manatdır. İcra başçısının bildirdiyinə görə, Ermənistanda çörəyin bir kiloqramının qiyməti 2 manat 50 qəpik, Rusiyada 2 manatdırsa, Azərbaycanda 1 manat 10 qəpikdir.

Saytların yığılması Saytlarin yigilmasi

İcra başçısı yumurtanın qiyməti barədə də iddiasını dilə gətirib: “Yumurtanın bir ədədi Rusiya və Ermənistanda 25 qəpik, Gürcüstanda 24 qəpik, Tacikistan və Moldovada 23 qəpik, Belarusda 18 qəpikdirsə, Azərbaycanda yumurta 16 qəpikdir”.

Təbii sual doğur: İcra başçısının səsləndirdiyi qiymətlər reallığa nə dərəcədə uyğundur?

Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) hər ay təxminən 130 adda qida məhsulunun orta bazar qiymətini açıqlayır. Onların arasında üç növ çörək qiyməti də var. Rəsmi rəqəmlərə görə, oktyabrın başına Azərbaycanda bir kiloqram çovdar çörəyinin orta bazar qiyməti 2 manat 2 qəpik olub. Əla növ buğda çörəyinin bir kiloqramı, orta hesabla, 1 manat 34 qəpiyə satılıb. Qarışıq undan hazırlanan çörəyin orta bazar dəyəri 1 manat 71 qəpikdir. Beləcə, üzə çıxır ki, Azərbaycanda çörək qiymətlərinə dair E.Əzizovun səsləndirdiyi qiymət bazardakı orta qiymətdən (çörək çeşidlərinə görə) 22-83 faiz daha aşağıdır. Başqa deyimlə, indi ölkədə çörəyin qiymətləri Bakı şəhər icra başçısının iddia etdiyi rəqəmdən daha yüksəkdir.

Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) hər ay təxminən 130 adda qida məhsulunun orta bazar qiymətini açıqlayır. Onların arasında üç növ çörək qiyməti də var. Rəsmi rəqəmlərə görə, oktyabrın başına Azərbaycanda bir kiloqram çovdar çörəyinin orta bazar qiyməti 2 manat 2 qəpik olub. Əla növ buğda çörəyinin bir kiloqramı, orta hesabla, 1 manat 34 qəpiyə satılıb. Qarışıq undan hazırlanan çörəyin orta bazar dəyəri 1 manat 71 qəpikdir. Beləcə, üzə çıxır ki, Azərbaycanda çörək qiymətlərinə dair E.Əzizovun səsləndirdiyi qiymət bazardakı orta qiymətdən (çörək çeşidlərinə görə) 22-83 faiz daha aşağıdır. Başqa deyimlə, indi ölkədə çörəyin qiymətləri Bakı şəhər icra başçısının iddia etdiyi rəqəmdən daha yüksəkdir.

Son bir ildə Azərbaycanda faiz etibari ilə ən çox bahalaşan qida məhsulu da elə çörəkdir. Son bir ildə, rəsmi rəqəmlərə görə, çörək 50 faiz civarında -ikiqat bahalaşıb.

Yumurta qiymətlərinin rəsmi rəqəmlərlə müqayisəsi də göstərir ki, E.Əzizovun iddia etdiyi qiymət gerçəyi əks etdirmir. DSK-nın rəqəmlərinə görə, ölkədə yumurtanın bir ədədinin orta bazar qiyməti 20 qəpikdir. Bu, icra başçısının səsləndirdiyi qiymətdən (16 qəpikdən) 25 faiz daha yüksək göstəricidir.

İcra başçısının səsləndirdiyi rəqəmlərlə bağlı bir məqam da diqqət çəkir. Azərbaycanı Almaniya və İtaliya kimi inkişaf etmiş ölkələrlə müqayisə etmək nə dərəcədə doğrudur? Axı həmin ölkələrdə qiymətlər Azərbaycanla müqayisədə yüksək olsa da, əhalinin gəlirləri də yetərincə çoxdur. Məsələn, hazırda Azərbaycanda minimum əməkhaqqı 300 manatdır. Ölkədə muzdla çalışanların 40 faizə yaxınının maaşı elə 300 manat civarındadır. E.Əzizovun misal gətirdiyi Almaniyada indi minimum əməkhaqqı saatlıq 12 avrodur. Başqa sözlə, orada gündə səkkiz saat çalışan bir işçinin gəliri, ən azı, 2 min avroya yaxın olur. Bu isə Azərbaycandakı minimum maaşla müqayisədə on dəfədən çox gəlir deməkdir.

Rəsmi rəqəmlərə görə, bu ilin ilk doqquz ayı ərzində Azərbaycanda qida məhsulları ötən illə müqayisədə 22.5 faiz bahalaşıb. Bu baxımdan, rəsmi rəqəmlər E.Əzizovun “qlobal səviyyədə əsas qida məhsullarının qiymətlərində artım baş verir. Azərbaycan da dünya iqtisadiyyatına inteqrasiya edib, lakin Prezident İlham Əliyevin sosialyönümlü siyasəti nəticəsində neqativ proseslər ölkəmizdə o qədər də hiss edilmir” açıqlamasını yalanlayır.

İndi Azərbaycanda qida məhsulları ilə bağlı inflyasiya göstəricisi Ermənistan və Gürcüstanı da qabaqlayır. Belə ki, Azərbaycanda qida inflyasiyası 22.5 faiz olduğu halda, eyni göstərici Gürcüstanda 17.6 faiz, Ermənistanda 13.7 faizdir. Deməli, Azərbaycan qiymət artımlarının səviyyəsinə görə hər iki ölkəni qabaqlayır.

“24 saat ““16 qəpiklik yumurta” və ya Almaniya ilə müqayisə – Eldar Əzizovun qiymətlərdən xəbəri yoxdur?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button