2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

17 nazirdən 12-si qadındır

Albaniya parlamenti qadınların üstünlük təşkil elədiyi yeni hökuməti təsdiqləyib. Beş ay öncə keçirilmiş parlament seçkisində Sosialist Partiyası qələbə çalıb, Baş nazir Edi Rama üçüncü müddətə vəzifəyə seçilib.

Hökumətdəki 17 nazir və dövlət katibinin 12-si qadınlardır. Bununla da bu Balkan ölkəsi hökumətdə qadınların sayına görə dünyada öncül yerə çıxıb.

Saytların yığılması Saytlarin yigilmasi

77 deputat hökumətə “hə” deyib

140 yerlik parlamentin 77 üzvü 20 saatlıq müzakirədən sonra yeni kabineti təsdiqləyib. Ölkədə iqtisadi artımı hədəfləyən, turizm, kənd təsərrüfatı, infrastruktur və enerjiyə fokuslanan proqram da qəbul olunub.

53 deputat hökumətin əleyhinə səs verib, biri bitərəf qalıb.

Qadın Olta Kshaka xarici işlər naziri postunda işini davam etdirəcək. Dövlət vergi idarəsinin keçmiş rəisi Delina İbrahimac isə Maliyyə və İqtisadiyyat Nazirliyinə rəhbərlik edəcək.

Sosialistlər aprel seçkilərində 74 yer qazanaraq hökuməti idarə etmək hüququ əldə ediblər. Sağ-mərkəzçi müxalifət partiyası olan Demokratik Partiya isə 59 yer qazanıb.

Hökumətin hədəfi

Hökumətin əsas işi 2019-cu ilin dağıdıcı zəlzələsindən sonra bərpa prosesini tamamlamaq, həmçinin koronavirus pandemiyası və onun iqtisadiyyata təsirini aradan qaldırmaq olacaq.

57 yaşlı Rama cinayətkarlıq və korrupsiya ilə mübarizənin üçüncü vəzifə müddətinin prioritetini təşkil edəcəyini deyib.

Yeni hökumət ilə 4 faizədək iqtisadi artım proqnozlaşdırır. Ötən il pandemiya səbəbindən iqtisadi artımda 3.3 faiz azalma qeydə alınıb.

Rama 2005-ci ildən Sosialist Partiyasının rəhbəri, 2013-cü ildənsə baş nazir postundadır. O, 2000-2011-ci illərdə paytaxt Tirananın meri olub.

2.8 milyon əhalisi olan Albaniya 2009-cu ildən NATO üzvüdür. Ötən il Avropa Birliyi ona üzvlük danışıqları üçün yaşıl işıq yandırıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button