2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

17 prokuror cəzalandırılıb, 6-sı işdən qovulub

Yanvarın 13-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

 

Bu haqda Baş Prokurorluğun mətbuat xidmətindən 24.saat.org-a  verilən məlumatda bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabatda qeyd edilib ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4903 cinayət işinin istintaqı tamamlanıb.

 

Paytaxtın prokurorluq və daxili işlər orqanlarının birgə hayata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bir çox cinayətlərin, o cümlədən, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib.

 

Belə ki, Nərimanov rayonunda Janna və oğlu Aleksandr Məhərrəmovların, Nəsimi rayonunda Məryəm Named-zadənin, Yasamal rayonunda Kamran Mahmudovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri, o cümlədən ötən illərdən itkin düşmüş Elnur Hümbətovun Xəzər rayonunda qəsdən öldürülməsi cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.

 

Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanaraq bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 26 dekabr 2012-ci il tarixdə imzaladığı “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılmış, il ərzində xüsusən ölümlə nəticələnən yol nəqliyyat hadisələri şəhər prokurorluğunun diqqət mərkəzində olub. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, ildən-ilə paytaxtda baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri, həmin hadisələr nəticəsində ölənlərin sayı, eyni zamanda bağlı qalmış cinayətlərin sayı azalıb.

 

Bildirilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanlarına 15542 müraciət daxil olub. Həmin müraciətlərdən 3161-nə baxılaraq həll edilib, о cümlədən 1482 müraciət təmin edilib, şəhər prokurorluğunda isə ümumilikdə 2576 vətəndaş qəbul edilib.

 

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdırılaraq ötən il ərzində qəsdən adam öldürmə, quldurluq cinayətlərinin və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 9 quldurluq cinayətləri, 3 ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılmaması narahatçılıq hissi ilə qeyd edilməklə həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

 

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə bildirilib ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 17 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 5 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə vəzifədən azad olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button