2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

17 yaşında 4 dil bilən Selcan – VİDEO

Selcan Qəhrəmanlı Azərbaycanda yaşayan 2 milyon 800 min uşaqdan biridir.

Ölkə qanunvericiliyinə görə 18 yaşı tamam olmamış şəxslər uşaq sayılır. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə insan haqları təşkilatlarının vicdan məhbusu kimi tanıdığı Fuad Qəhrəmanlının qızı ilə görüşürük. Atası Nardaran hadisələri zamanı sosial şəbəkədə yazdığı statusa görə həbs olunub. O, dövlət əleyhinə çağırışlar etmədə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı özünü ittihamlar qarşısında günahkar saymayıb. Bəs bu olaylar 17 yaşlı Selcanın həyatına necə təsir edib? Atasının vicdan məhbusu olması onun üzünə hansı qapıları açıb, hansıları bağlayıb?

Selcan bu il Kanadanın Humber İnstitutunun beynəlxalq əlaqələr fakültəsinə qəbul olub. O, qadın və LGBT haqları üzrə ixtisaslaşmaq istəyir. Düşünür ki, bu haqlar Azərbaycanda daha çox gözardı edilib.

Saytların yığılması Saytlarin yigilmasi

O, türk, yapon, ingilis dillərini bilir. Bundan başqa alman dilin də öyrənirmiş, amma bir neçə aydır maddi sıxıntılara görə dərslərini dayandırıb. Dərsdən əlavə həm də mədəni tədbirlərə qatılır. Azərbaycanda keçirilən Yapon mədəniyyəti ilə bağlı teatr, kitab, şeir günlərində iştirak edir.

Selcan deyir, Kanadada universitetə qəbul olması xəbəri çoxdandır sevinc hissi yaşamayan ailədə coşğu ilə qarşılanıb. Amma təhsil haqqınını öyrənəndən sonra sıxıntılar yenə başlayıb.

Arzuları, hədəfləri çoxdur. Atasının azadlığa çıxması da arzularından biridir. Hər nə baş versə də, həyatdan zövq almağa çalışır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button