2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

17 yaşlı Azərbaycan futbolçusu niyə uduzmalıdır?

Futbol oyunlarına proqnoz verməyi xoşlayan azərbaycanlı azarkeşlərdə qəribə bir mazoxistik adət var. Qüvvələri real qiymətləndirərək, rəqibin qələbəsinə pul yatırıb, doğma komandadan qələbə gözləmək kimi. Yəni böyük əksəriyyət pulunu həmin gözlənilməz qələbə sevincinə qurban verməyə hazırdır.

Dünən 17 yaşlılardan ibarət milli komandamızın Portuqaliyaya ən azı 3 top fərqi ilə uduzacagını proqnozlaşdırıb, oyuna tamaşa edəndə də həmin hissləri keçirirdim, amma olmadı. 0:5 uduzduq. Və məndə qəribə suallar yarandı: əcəba, 17 yaşlı Azərbaycan futbolçusu da niyə uduzsun axı?

İndiki əsas milli komandamızın uğursuzluqlarının bəhanələrinə çoxdan öyrəşmişik. Bu futbolçular böyüdüyü vaxtlarda ölkədə vəziyyət ürəkaçan deyildi, futbol məktəbləri yox idi və s. və i.a. Və bizi ümidvar edirdilər ki, 5-10 ildən sonra komandalarımız Braziliya kimi olmasa da, ən azı Xorvatiya, lap elə həmin müharibədən güclə canını qurtarmış Bosniya və Herseqovina kimi oynayacaq. Dünənki oyuna baxanda əmin oldum ki, bizdə heç 10 ildən sonra da normal futbol olmayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Çünki adamda elə təəssürat yaranırdı ki, yeniyetmə futbolçularımız topun nə olduğunu bu günlərdə öyrəniblər və futbolun nə olmasından xəbərsizdirlər. Amma, cənablar, axı onlar futbol oynamağa cəmi 6-7 il bundan əvvəl başlayıblar. O illərdə ki, Azərbaycanda artıq futbol “inkişaf etməyə” başlamışdı, xarici mütəxəssislərə milyonlarla dollar xərclənirdi, təmtəraqlı ofisi olan Futbol Akademiyası fəaliyyətə başlamışdı, gələcəkdə futbolumuzun göydən ulduz dərəcəyinə aid gündə 2 dəfə bəyanatlar verilirdi. Bəs hanı bu fəaliyyətin nəticəsi?

Nəyə görə bu qədər “inkişaf”dan sonra ortaya çıxarılası 11 nəfər 17 yaşlı futbolçu tapilmır və milli komandaya hətta Türkiyədən legioner cəlb olunur? Nəyə görə 17 yaşlı futbolçularımız elə oynayır ki, əsas milli komandamızın oyunçularına baxıb şükür edirik? Nəyə görə 17 yaşlı Azərbaycan futbolçusu portuqaliyalı həmyaşıdına uduzmalıdır axı?

Bəli, Portuqaliya futbolçu yetişdirməkdə və onları sonradan baha qiymətə xarici ölkələrə satmaqda ad çıxarmış ölkədir, iqtisadi vəziyyəti Azərbaycandan heç də yaxşı olmayan bu ölkədə futbol məktəbləri güclü inkişaf edib. Çox əcəb. Tutaq ki, dünənki məğlubiyyətə belə bir bəhanə taparaq, özümüzə təsəlli verdik.

Növbəti oyunlarda Şotlandiya və Belçika ilə qarşılaşacağıq. Bu ölkələrdə Ronaldo yetişdirmirlər və satmırlar. Deməli, məktəbləri də təxminən bizim təmtəraqlı məktəblər kimidir.

Mən yenə komandamızın ən azı 2 top fərqi ilə uduzacağına proqnoz verəcəyəm. Uduzdurun məni, xahiş edirəm sizdən…

Virtualaz.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button