Loading...
Loading...
Sosial

17 yaşlı futbolçularımız 2 yoldaşlıq oyunu keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabırın 20-dən 28-dək Bakı şəhərində təlim məşq toplanışı olacaq.

24saat.org AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyunu keçirəcək.

U-17 sentyabrın 24-də və 27-də belaruslu yaşıdları ilə qarşılaşacaq.

Millimizin heyətinə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

Vaqif Məlik-Yeqanov, Rauf Hüseynli, Musa Məmmədov, İlkin Cəfərli, İbrahim Ağayarov  (“Qarabağ”), Xəyal Fərzullayev (“Sumqayıt”), Raul Əhmədzadə (“Keşlə”), Məmməd Muradov, Ravil Qafarov, Samir Ağayev, Murad Musayev, Eşqin Əhmədov, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Sənan Ağalarov (“Qəbələ”), Həmzəalı Mikayılov, Fəxri Məmmədli, Tuncay Cəfərli (“Sabah”), Rüfət Abbasov, Murad Məmmədov (“Neftçi”), Murad Ələkbərov (“Zirə”),Maksud Dursunov (“Dinamo”, Sankt-Peterburq, Rusiya), Yaqub Yusubov, Adəm Topalov (“Səbail”), Nahid Əliyev (“Moskovskaya Zastava” Rusiya), Sadiq Şəfiyev (“Kəpəz”).

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button