SEÇMƏ

17 yaşlı gənc doğuş zamanı ölüb

Yayımlandı: 6 Noyabr 2022 18:43

15 yaşında ərə verilmiş qızın valideynləri həkimi günahlandırır

Kürdəmirdə 17 yaşlı Şəbnur İsmiyeva doğuş zamanı vəfat edib. Qadın erkən nikahın qurbanıdır. O, 15 yaşında ərə verilib.
Bu barədə Meydan TV-yə Azərbaycan Uşaqlar Birliyin sədri Kəmalə Ağazadə məlumat verib. K.Ağazadə deyib ki, Şəbnur İsmiyeva Kürdəmirin Sığılı kəndinə gəlin köçürülüb. Yeniyetmə noyabrın 5-də axşam saatlarında doğuş zamanı vəfat edib. Onun dünyaya gətirdiyi körpə sağdır, lakin vəziyyəti yaxşı deyil.
Ailə yeniyetmənin ölümünə görə həkimləri günahlandırıb.
Kəmalə Ağazadə isə deyib ki, əsas günahkar qızı ərə verən valideynlər, onunla evlənən kişidir:
“Valideynlər, onunla ailə quran kişi də məsuliyyət daşıyır. Onların rəsmi nikahı olmayıb”.
Ağazadə bu erkən nikaha görə
Kürdəmir Rayon İcra Hakimiyyəti və digər aidiyyatı qurumları günahlandırıb.
Kəndin icra nümayəndəliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, qız ailə qurarkən 16 yaşında olub.
Faktla bağlı araşdırma aparılır.

Meydan TV

Gözdən qaçırmayın:  “Müəssisələrdən rüşvət alıb Dövlət Əmək Müfəttişliyinin müdirinə verirdik”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button