Loading...
Loading...
Cəmiyyət

174 gündəlik yoluxma aşkarlanıb, 1 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 62 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 9-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 336 min 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 668-i sağalıb, 4 min 982-i vəfat edib, aktiv xəstə sayı isə 1 min 312-yə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “174 gündəlik yoluxma aşkarlanıb, 1 ölüm” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button