Now Reading:
175-in sürücüsü qapıları bağlayıb sərnişinləri girov saxladı

Yanvarın 30-da 175 saylı sərnişin avtobusunda yaşanan insident sərnişuinləri narahat edib. Bir qrup şəxs redaksiyamıza zəng edərək şikayətlərini dilə gətiriblər.
Axşam saat 7 radələrində Səməd Vurğun bağının qarşısında dayanan 175 saylı avtobusa daxil olan sərnişinlərdən biri basabas olduğuna görə kartı ilə ödəniş edə bilmədib və sürücü ilə vətəndaş arasında qalmaqal yaranıb. Sürücü əsəbi halda sərnişinə irad bildiriəndə 30 yaşlarında olan kişi sürücüyə söyüşlə cavab verib. Bundan möhkəm əsəbiləşən sürücü söyüş söyən gənc qaçıb getməsin deyə avtobusun qapılarını bağlayıb və polisə zəng edib. Həddən artıq insanla yüklənmiş avtobusda təxminən 30 dəqiqə gözləməli olan sərnişinlər narazılıqlarını bildirib qapını açmağaı tələb etsələr də, sürücü inadla qapıları bağlı saxlamaqda və vətəndaşları avtobusun içərisində girov saxlamaqda davam edib. İşdən yorğun halda çıxıb evinə tələsən insanların hüququnun bu qədər kobud şəkildə pozulamsına isə Bakı Nəqliyyat Agentliyindən heç kim reaksiya göstərməyib.

Avtobuslarda kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə lazımi şəxsi tapıb cəzalandırmaq olardı, ən az 60 nəfərin əsəbləri ilə oynamaq nəyə gərək idi? Hadisə yerinə gec də olsa, gələn polis işçiləri sürücüyə qapını açmağı söylədikdən sonra insidentə səbəb olan gənc qaçıb aradan çıxıb.

175 saylı avtobus Bakubus xidmətinin avtobusları ilə əvəz olunandan sonra əhali rahatlığa çıxacağına ümid edirdi. Səməd Vurğun bağının yanından Hövsan qəsəbəsinə hərəkət edən bu avtobuslarda gedişhaqqı başqalarından fərqli olaraq 30 qəpik təşkil edir. Lakin indi avtobusların həcmi böyüdüldüyünə görə bu avtobuslar kənd Hövsana qədər getmir. Problem bundadır ki, kəndin yolları dardır, burada Bakubus avtobusları rahat manevr edə bilmir. Kənd Hövsana getməli olanlar yarı yolda qalır, başqa bir marşrutla mənzil başına çatmalı olurlar. (Bizim Yol)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.