2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

176 yeni yoluxma qeydə alınıb, 17 ölüm


Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 841 nəfər sağalıb.

Bu məlumatı bugün, yanvarın 11-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 17 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda indiyədək ümumilikdə 224 min 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 209 min 522 nəfər sağalıb, 2926 nəfər vəfat edib, aktiv xəstə sayı 12 min 379 nəfərdir”.

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 4086, hazırkı dövrədək isə ümumilikdə 2 milyon 272 min 9 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Üstəlik, xəstəxanaya nisbətən evdə daha çox belə xəstənin olduğu bildirilir.

 

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button