2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

18 uşaq bağçasında 158 nöqsan…

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədəki məktəbəqədər təhsil müəssisələrində yoxlamalar aparır.

Saytların yığılması Saytlarin yigilmasi

Qurum avqustun 18-də yaydığı açıqlamada 8-12 avqust tarixlərində aparılan monitorinqlərdən bəhs edib. AQTA bildirir ki, 18 uşaq bağçasında ümumilikdə 158 nöqsan müəyyən olunub: “Aşkar edilmiş nöqsanlarla bağlı 17 uşaq bağçası barəsində inzibati tədbir görülüb”.

Məlumata görə, monitorinqlər zamanı məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Nazirlər Kabinetinin qida normalarına uyğunluğu yoxlanıb: “…Həmçinin yeyinti məhsullarının tədarük prosesi, saxlanması, daşınması, realizə olunması, markalanması və qablaşdırılmasına dair tələblərə əməl olunub-olunmadığı yoxlanılır”.

Açıqlamada monitorinqlərin aparıldığı bağçaların adı çəkilməyib. Məsələyə, hələlik, bağçaların tabe olduğu Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.

2021-ci ilə olan rəsmi məlumata görə, Azərbaycanda 1 min 825 uşaq bağçası var. Onlardan 1 min 692-si dövlətindir, orada 126 mindən çox uşaq tərbiyə alır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button