Gündəm

18 yaşdan yuxarı şəxslərin vaksinasiyası başlanıb

Bu gün, mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşlarının vaksinasiya prosesinə başlanılıb.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə məlumatı səhiyyə nazirinin birinci müavini Teymur Musayev verib.

Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanıb. Bundan öncə yaşı 40-dan yuxarı olanlara koronavirusa qarşı peyvənd vurulurdu.

Azərbaycanın Çinin “Sinovac” şirkətinə bundan ötrü 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (4.5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Artıq Azərbaycana az miqdarda “Vaxzevria” və “Sputnik V” vaksinləri də gətirilib və onların da tətbiqinə başlanılır.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 397-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 678, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 719 nəfərə çatıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə ümumilikdə 326 min 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 680-nin vəfat etdiyi bildirilib.

24 saat” “18 yaşdan yuxarı şəxslərin vaksinasiyası başlanıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button