Now Reading:
19 yaşlı şəxs pişiyin üzərinə benzin tökərək heyvanın qarnına güclü pirotexniki maddə bağlayıb və yandırıb

19 yaşlı şəxs pişiyin üzərinə benzin tökərək heyvanın qarnına güclü pirotexniki maddə bağlayıb və yandırıb

19 yaşlı Noy Rayli adlı oğlan könüllü təslim olmaq üçün polis məntəqəsinə gəlib. Səbəb isə Şəbəkədəki postlardakı hiddətdən qorxması olub.

 

 

Sadistin qurbanı isə pişik balası olub. Bərk yanmış heyvan təqaüdə çıxan yanğınsöndürən Stiv Rayt tərəfindən aşkarlanıb. Həyətyanı sahəsinin ucqar hissəsində axşam saatlarında alov görən şəxs dərhal oraya qaçıb. Yanğın yerinə çatan Stiv pişik balasının gölməçədə uzanmış cansız bədənini aşkarlayıb.

 

 

Yanğınsöndürən ilk olaraq xilasediciləri çağırıb. Hadisə yerinə gələn könüllülər pişiyin hələ sağ olmasına seviniblər.

 

 

Noy adlı gənc pişiyi yandırmazdan əvvəl bərk bağlayıb və heyvanın kürəyinə güclü fişəng bərkidib və üzərinə benzin töküb. Xoşbəxtlikdən fişəng keyfiyyətsiz olduğundan işə düşməyib, maşından atılan pişik isə gölməçəyə düşüb. Nəticədə Raylinin niyyətinə zidd olaraq alov bala pişiyi yandırmayıb.

 

 

Noy hazırda nəzarət altındadır. O, heyvanlarla amansız davranışda ittiham edilir. Qeyd edək ki, o, artıq iki dəfə adıçəkilən maddə üzrə həbs edilib. Bu dəfə könüllü etirafı belə ona yardımçı olmayacaq. İctimaiyyət qətiyyətlə bu şəxsin həyatını “cəhənnəmə döndərmək” niyyətindədir.

 

 

Təəssüf ki, Feniks adı qoyulan pişik balası sağ qalmadı. Veterinarlar iki sutka onun həyatı uğrunda mübarizə aparsalar da, heyvan bazar ertəsinə keçən gecə öldü.

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.