2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

1960-cı illərdəki homoseksualların həyatı – İNANILMAZ FOTOLAR

Fotoqraf Entoni Friedkin 1969-1972 illəri arasında Los-anceles və San-fransiskoda homoseksual mədəniyyəti təsdiqləyən “The Gay Essay”ı adını verdiyi ilk layihəsini həyata keçirib. O zamanlar heç kəsin maraqlanmadığı həmin foto layihə bu gün Yale Universiteti tərəfindən kitab halında nəşr olunub.
Moderator.az xəbər verir ki, “19 yaşında, müdafiəsiz, öz mənliyini arayan bir gəncdim” deyən fotoqraf Entoni Friedkin Hollivudda böyüyən, sənətə maraq göstərən bir uşaq olub. 19 yaşında lentə aldığı kadrlar indilərdə Amerikadakı homoseksual həyatın ən orijinal portret layihələrindən biri kimi qəbul edilir.
Qeyd edək ki, 1969-cu ildə Amerikadakı homoseksual mədəniyyət inqilabı böyüyürdü. Qəzet səhifələrində və karikaturalarda homoseksual kişi və qadın təsvirləri dərc edilirdi. Ancaq “The Gay Essay” layihəsi onlardan fərqli idi. Homoseksuallar Freidkinlə rəhbərləri kimi davrandılar.
Rəssam danışır ki, “Homeseksuallar mənə kömək etdilər, enerjilərinin kameramın gözündən içəri girməsinə icazə verdilər”.
EN ÖZGÜN PORTRE PROJELERİNDEN BİRİ 
Fotoqrafın bu layihəni həyata keçirməkdə məqsədi qəlibləri fəth etmək və hər homoseksualın iştirakını dərinləşdirmək idi: “Homoseksual insanları şərəfləndirmək, onlara hörmət etmək və azadlıqları üçün mübarizə etmələrinə kömək etmək istədim”.
Fotoqraf “Homoseksualların necə müalicə edildiyini görmək məni çox məyus edirdi. Barlarda döyülən dostlarım vardı. Çox hirsləndim. İndi də kitabı təkrar baxanda duyğulanıram” – deyə əlavə edib.
HERKES ALAY EDERKEN O BAŞKA BİR AÇIDAN BAKTI
“Boynundan fotoaparat sallanan bir yarış atı kimiydim. Onlara qarşı saf münasibətim olduğu üçün ortaya yaxşı işlər çıxardım. Akademik olaraq nə etməli olduğumu və nə üçün etməli olduğumu  əvvəlcədən müəyyən etməmişdim. Sadəcə bayıra çıxmaq və küçənin bir hissəsi olmaq istədim.  ” deyən fotoqraf bunu bacarsa da, fotoşəkillərinin diqqəti cəlb etməsi uzun illər çəkib.
Fotoqraf qeyd edib ki, işə ilk başlayanda heç kəs onun fotolarını dərc etməyib: “İki kişinin öpüşüb bir-birinə səmimiyyət göstərməsi fikrinə görə reklam şirkətləri reklamverənləri itirəcəklərindən çox qorxurdular”.
ONLARA SAYGI DUYUYORDU
2014-ci ildə “The Gay Essay” layihəsi ilk olaraq San-fransiskodakı De Young Muzeyindəvə San-fransisko İncəsənət Muzeyində  göstərilib. Daha sonra Yale Universiteti tərəfindən layihəsi bir kitab halında nəşr olunub. Fotonun ictimai dəyişikliyə təsir etmək qabiliyyəti söz mövzusu olduğunda Friedkinin işləri fotoşəkilin 40 il sonra belə qalıcı izlər yaradacağını göstərir.
Zəhra
"BARLARDA DÖVÜLEN ARKADAŞLARIM VARDI"
"SOKAĞIN BİR PARÇASI OLMAK İSTEDİM"
REKLAMCILARDAN KORKTUKLARI İÇİN YAYINLAMADILAR
MÜZEDE GÖSTERİLDİ VE KİTAP OLARAK YAYINLANDI
40 YIL SONRA BİLE CAPCANLI

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button