Loading...
Loading...
ÖLKƏ

199 gündəlik yoluxma aşkarlanıb, 2 ölüm 

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına  

199 yeni yoluxma faktı qeydə alındığı, bu virusa yoluxanlardan isə 74 nəfərin  sağaldığı bildirilir. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 15-də habelə bildirildiyinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib.

“İndiyədək Azərbaycanda ümumilikdə 337 min 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 min 20 nəfər sağalıb, 4990 nəfər vəfat edib, aktiv xəstə sayı 1791 nəfərdir”,  qərargahdan vurğulanıb. 

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9093, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 886 min 55 test aparılıb 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

24 saat” “199 gündəlik yoluxma aşkarlanıb, 2 ölüm ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button