2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

2 gün sonra dondurucu və uzun qış gəlir – XƏBƏRDARLIQ

Amerikadan olan iqlim üzrə mütəxəssis Judah Cohenin 17 illik araşdırmasına görə, Sibirə nə qədər çox qar yağarsa, dünyaya qış bir o qədər tez gəlir. Bu isə o deməkdir ki, bu il Şimali Amerika, Avropa və Asiyanı dəhşətli soyuqlar gözləyir. Mütəxəssisin sözlərinə görə, bu qış olduqca uzun və soyuq keçəcək.

Massaçusets Texniki Universitetinin mütəxəssisinin araşdırmalarına görə, Sibirə yağan qarın miqdarı ilə dünya ölkələrindəki hava şəraiti arasında birbaşa əlaqə var: “Normalda soyuq havalar fevraldan başlamalı olduğu halda bu il dekabrdan başlayacaq.
Dondurucu soyuqlar Şimali Amerika, Avropa və Asiyada özünü göstərəcək. Qlobal istiləşmə Şimal Buzlu Okeanında buzları əridir. Bu ərimə atmosferə daha çox nəm salır. Bu nəm üzündən Sibirə daha çox qar yağır. Sibirin qar örtüyü Günəş şüalarının göy üzünə daha çox əks olunduğu anlamına gəlir. Bu əks olunma qütblərdəki soyuq havanı tutan “Polar vortex”, yəni qütb qapıları adlı iqlim sisteminin soyuq havanı sərbəst bıraxmasına səbəb olur. Bu, sanki dərin dondurucunun qapılarının açılması kimi bir soyuq deməkdir. Dünyaya bu qədər soyuq hava göndərilir”.

Qeyd edək ki, ötən günlərdə Sibirə basketbol topu böyüklüyündə qartoplarının yağdığına dair məlumatlar yayılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

(cebhe.info)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button