2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşetSEÇMƏ

2 jurnalist işdən çıxarılıb, daha 2-si ölümlə hədələnir, biri isə həbs olunub- SON 1 AYIN STATİSTİKASI

Azərbaycanda 2 jurnalist işdən çıxarılıb, daha 2-si ölümlə hədələnir, biri isə həbs olunub. 24saat.org-un məlumatına görə, bu son bir ayın statistikasıdır. 

F'rahim İlqaroğlu
F’rahim İlqaroğlu

Jurnalist Fərahim İlqaroğlu sentyabrın 12-də çalışdığı “APA Holdinq” MMC-də işdən çıxarılıb. Jurnalistin işdən çıxarılmasına səbəb isə, onun virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevlə Milli Şuranın 11 sentyabrda keçirdiyi mitinq barədə mübahisəsi olub. Eynulla Fətullayev həmin mitinqlə bağlı aksiya başlamışdan əvvəl çəkilən fotolardan birini (həmin fotoda 5-10 adam əks olunur) paylaşaraq Milli Şuranın fiaskoya uğradığını iddia edib. Fərahim İlqaroğlu isə, onun statusunun şərh bölməsinə mitinq vaxtı çəkilmiş fotolardan birini qoyub. Bu fotoda isə mitinqin kütləviliyi əks olunur. Bundan hiddətlənən Eynulla Fətullayev ona “Sən AXCP-də işləyirsən, yoxsa APA-da” deyə sual edib. Fərahim İlqaroğlu isə bunun məsələyə dəxli olmadığını jurnalist kimi peşə borcunu yerinə yetirdiyini diqqətə çatdırıb. Bundan sonra Eynulla Fətullayevin yazışmanı Prezident Administrasiyasına gondərdiyi və APA-Holdinqin rəhbərliyinə Fərahim İlqaroğlunu işdən çıxarmaq tapşırığı gəldiyi bildirilir. Jurnalistin işdən çıxarılması yerli və beynəlxaq mediada geniş işıqlandırılıb. Eyni zamanda Avropa Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar Təşkilatı, “Article 19”, Beynəlxalaq Mətbuat İnsitutu, “İndex”, Jurnalistlərin Müdafiə Komitəsi və Avropa Jurnalistlər Assosiasiyası Fərahim İlqaroğlunun siyasi motivlə işdən çıxarılmasını bisləyən bəyanat yayıblar. (http://www.coe.int/en/web/media-freedom/all-alerts/-/soj/alert/19564046
http://www.ifj.org/nc/en/news-single-view/backpid/1/article/azerbaijan-ifjefj-denounce-politically-motivated-dismis)

gunduz
Gündüz Məmmədov

 

Saytların yığılması Saytlarin yigilmasi

“Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” İnformasiya Proqramının Qarabağ Bürosunun rəhbəri, jurnalist Gündüz Məmmədov Bərdə Rayon İcra başçısının göstərişi ilə işdən çıxarılıb. Fermerlərin şikayəti üzrə “CTS AGRO” MMC-nin tabeliyində olan pamıq zavoduna hazırlayacağı sujet üçün müsahibə almağa gedib. Zavodda olarkən Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Məmmədov ona zəng edərək deyib ki, məsələ araşdırılıb, fermerlər yalan danışır. Gündüz Məmmədov İlham Məmmədovdan xahiş edib ki, zavoddan bir nəfər məsul şəxsə deyilsin ki, bu barədə telekanala müsahibə versin. Material birtərəfli efirə getməsin. Jurnalist daha sonra Bərdə Rayon İcra Hakimiyyətinə çağırılıb və ona bildirilib ki, “Space” Müstəqil Teleradio Şirkətinin rəhbəri Vaqif Mustafayevlə danışılıb və siz işdən çıxarılmısınız.
Məsələ ilə bağlı səhəri gün telekanala gələn jurnalistə bildirilib ki, 10-15 gün işdən kənarlaşmalıdır: “Dedilər ki, sonra səni yenidən işə çağıracağıq. Dedim, səbəb nədir? Mən özbaşına bu sujeti çəkməmişəm. Cavabında bildirdi ki, guya mən icra başçısından rüşvət almışam. Əgər almışamsa, niyə tərif yox, tənqidi material hazırlayıram? Həmin sujeti mən prezidentin pambıqçılıqla keçirdiyi müşavirədən 3 gün sonra çəkmişdim. Belə başa düşürəm ki, bu pambıq zavodu ilə icra başçısının birgə planladığı işdir. İstəmədilər reportaj efirə getsin, ona görə məni işdən atdılar”.

222
Aynur Elgünəş

Jurnalist Aynur Elgünəş isə ölümlə hədələnib. Belə ki, bir şikayətçi jurnalistə zəng vuraraq deyib ki, Azərbaycan İnformasiya Agentliyindən olduğunu deyən bir jurnalist onu şantaj edir: “Şikayətçinin bildirməsinə görə, həmin qadın deyir ki, əgər bu gün pul çatdırılmasa, onlarla bağlı materiallar yayımlanacaq. Bir şəxsin də nömrəsini verib”.
Aynur Elgünəş qeyd edir ki, məsələni araşdırmaq məqsədi ilə həmin nömrəyə zəng vurub. Özünü müstəqil jurnalist kimi təqdim edib. Deyib ki, belə bir iddia var. Nə dərəcədə əsaslıdır?
“Adam hansı mətbuat orqanları ilə işlədiyimi soruşdu və təbii ki, məqaləm çıxan bütün mətbu orqanları sadaladım, Meydan TV də içərisində. Heç nə demədən, dəstəyi asdı. Sualımı havada buraxdı. Təxminən 5 dəqiqə sonra zəng etdi, başladı söyməyə, İsa Qəmbərin, Meydan TV-nin adını çəkdi. “Sizin kimi müxalifətçiləri rədd etmək lazımdı” və s. kimi ifadələr işlətdi. Dedi ki, onun agentliyi Mətbuat Şurasına tabedir. Mən də Əflatun Amaşova zəng etdim. Aia.az saytının onların adından danışdığını, şikayət olduğunu və məni söydüyünü dedim. Əflatun Amaşov dedi ki, belə bir media orqanı, şəxs tanımır, hazırda xaricdədir. Ayın 10-dan (oktyabrın) sonra qayıdacaq, ondan sonra araşdırar. Şikayətçi ərizə ilə Mətbuat Şurasına müraciət etsin” – deyə jurnalist bildirir.
Jurnalistin bildirməsinə görə, həmin şəxs ondan əl çəkməyib:
“Az qala 10 dəfə zəng etdikdən sonra cavab verdim və söydü, təhdid etdi. Səsini diktofona yazdım və bu barədə özünə də dedim. Sakitləşmədi, başladı daha da çox təhqir etməyə. Nömrəsini bloka atdım, bundan sonra müxtəlif nömrələrdən, əsasən görünməyən nömrələrdən zənglər gəldi, yenə təhqir, təhdid. Adam məni tapacağını dedi, “Səni elə günə qoyacam, ölkə üzünə çıxa bilməyəcəksən” söylədi. Sonuncu zəngində isə dedi ki, həyatım onun əlindədir, günümü görəcəm. Hətta dedi ki, mənə görə əsəbləşib maşınını vurub, bunun xərcini ödəməliyəm. Günortadan bəri adam dayanmadan zəng edir”.

sevinc_osmanqizi
Sevinc Osmanqızı

Digər ölümlə hədələnən jurnalist isə, hazırda ABŞ-da yaşayan və Meydan TV ilə əməkdaşlıq edən Sevinc Osmanqızıdır. Jurnalist S.Osmanqızına və ailəsinə həyati təhlükə səviyyəsində təhdidlər olub, səbəb isə onun işlədiyi qurumdur.
“Freedom House” təşkilatı Aynur Elgünəş və Sevinc Osmanqızının təhdid olunmasına münasibət bildirən bəyanat yayıb.
“Azərbaycan hökuməti müstəqil medianın təqibini davam etdirir. Jurnalistlərə edilən hücumların araşdırılmaması və buna görə məsuliyyət daşıyanların məhkəmədə ittiham edilməməsi cəzasızlıq mühiti yaradır”, – təşkilatın Beynəlxalq Proqramlar bölməsinin vitse-prezidenti Robert Herman qeyd edib.

1111
Şirin Cəfəri

“Gündəm Xəbər” qəzetinin rəhbəri, jurnalist Şirin Cəfəri həbs olunub. Ş.Çəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Çəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar. Missiya.Az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək məqsədilə Ş.Çəfərinin xanımı ilə əlaqə saxlayıb. O, faktı təsdiq etsə də yoldaşının hansı səbəbdən saxlanıldığı barədə məlumata malik olmadığını deyib: “Bizə heç nə demədilər. Evdə axtarış apardılar və sonra da Şirini apardılar. Hara apardıqlarını isə demədilər”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button